Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qəhvə koronar arteriya ilə bağlı problemlərin qarşısını alır.

Tarix:2-04-2018, 18:51

Qəhvə koronar arteriya ilə bağlı problemlərin qarşısını alır.


Əvvəllər ürək-damar xəstəlikləri ilə üzləşməyən insanlarda bu xəstəliklərin riskini müəyyən etməyin ən geniş yayılmış üsulu koronar arteriyada kalsiumun
konsentrasiyasını müəyyən etməkdir.

Bu makroelementin toplanması, demək olar ki, ürəkdəki problemlərin carçısıdır.

San-Paulu Universitetinin (Braziliya) İctimai Səhiyyə Məktəbinin alimləri qəhvənin arteriyaya təsirini yoxlamaq qərarına gəliblər və bu məsələyə bütöv bir tədqiqat həsr ediblər.

Mütəxəssislər 35-74 yaşlı 4400 San-Paulu sakini arasında onların həyat tərzi, vərdişləri barədə sorğu aparıblar və gündə neçə fincan qəhvə içdiklərini müəyyən ediblər. Onların təqribən 80 faizi bildirib ki, idmanla az məşğul olur; 66 faizi artıq çəkidən – piylənmədən əziyyət çəkir, 16 faizi siqaret çəkir, 30 faizi vaxtilə siqaret çəkib. Onların təxminən 56 faizi gündə azı 2 fincan, 12 faizi 3 fincan və ya daha çox qəhvə içir.

Sonra tədqiqatçılar xüsusi skanerin köməyi ilə sorğuda iştirak edənlərin koronar arteriyasında kalsiumun konsentrasiyasını yoxlayıblar. Alimlər sorğu ilə müayinənin nəticələrini tutuşduraraq bu qənaətə gəliblər ki, gündə üç fincan qəhvə içən şəxslərin damarında kalsiumun səviyyəsi az miqdarda qəhvə içənlərə nisbətən aşağıdır. Maraqlıdır ki, belə əlaqə yalnız heç vaxt siqaret çəkməyən iştirakçılarda aşkar edilib.

Hələlik mütəxəssislər arteriyalarda kalsiumun toplanmasına qəhvənin necə mane olduğunu, habelə siqaretçəkmənin burada nə kimi rol oynadığını izah edə bilməyiblər. Bununla belə, tədqiqatın müəllifi Andrey Miranda qəhvəni çox içməyi məsləhət görmür, çünki gündə 4, 5 fincan və daha çox qəhvənin sağlamlığa necə təsir göstərəcəyi məlum deyildir. ABŞ-ın Anadangəlmə Ürək Qüsurları Mərkəzinin (UCLA) profilaktiki kardiologiya proqramının direktorlar şurasının üzvü Qreqq Fonarov deyib: “Qəhvə insulinə həssaslığı yaxşılaşdırır, pis xolesterinin səviyyəsini salır, onun antioksidant və iltihabəleyhinə xüsusiyyətləri diabet riskini azaldır”. Q.Fonarov əlavə edib ki, daha əvvəl qəhvənin koronar arteriyaya təsirini öyrənmək cəhdləri belə əlaqə aşkar etməyib. Buna görə də daha geniş tədqiqat aparılmalıdır.

Avropa Qida Təhlükəsizliyi Agentliyi daha əvvəl müəyyən edib ki, gündə 400 milliqramdan çox kofein qəbul etmək olmaz.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır