Elm adamları, qunduz quyruqlu, ördək dimdikli və ilan kimi zəhəri olan təbiətin ən qəribə heyvanı platypusun gen xəritəsini çıxarmağa müvəffəq olub. Ən maraq doğuran tərəf isə budur ki, bu canlı doğum etmək əvəzinə yumurtlayır.
Araşdırmaçılar “Natura” jurnalında nümayiş olunan platypusun gen analizinin, məməlilərin milyonlarla il əvvəl necə təkamül keçdiyinin açıqlanmasına köməkçi olmasına ümid edir.
Platypus kürklü olduğu və balalarını əmizdirdiyi üçün məməlilər sinfinə aiddir. Quş dimdiyinə və sürünənlərin zəhərinə sahib olan platypus suda yaşayır. Bu canlı zəhərini arxa ayaqlarında daşıyır.
ABŞ Milli İnsan Genoma Araşdırma İnstitutundan Frankis S. Kollins, ilk baxışda bu heyvanın "təkamül qəzası" olma ehtimalını irəli sürüb. Öz sinfinə aid olan heyvanlardan fərqli olaraq platypuslar ilanların və kərtənkələlərin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir.
Bu heyvanların erkəklərində cütləşmə zamanı rəqibini qaçırmaq üçün arxa ayaqlarındakı ağrı verən zəhərdən istifadə etməsi də məlum olub.
Avstraliya mənşəli platypusların sayları bilinmir.
Elməddin Əmirov