Avtomobil axtarırsınız? İşlərinizin dalınca şəhərdə gündəlik ora-bura getmək üçün yaxşı bir variant var. Hemmings hərrac evi 1932-ci ilin Ford modelini satır. Avtomobilə bir az sürət əlavə edilib. Standart mühərrik kompressorlu iki V8 ilə əvəz edilib və bu 2 500 at gücü hasil edilməsinə imkan verib. Ən təəccüblü odur ki, bu bədheybətdə Amerikada, ən azı bəzi ştatlarda ümumi istifadə edilən yollarda hərəkət etmək olar və bu tamamilə qanunidir.
9,4 litr həcmi olan və alüminium bloklar üzərində yerləşdirilmiş iki mühərrikin hər biri 1250 at gücü hasil edir. Hərəkətdə olan bu çılğın bədheybəti dayandırmaq Wilwood disk əyləclərinə etibar edilib.
Bütün bunlarla bahəm sahibinin avtomobilin çox sürülmədiyi haqqında iddiasına inanmaq doğrudan da çətindir.
Elməddin Əmirov