"Singapur Airlines" aviaşirkətinin "Airbus-380" sərnişin təyyarəsi Heydər Əliyev Bakı Beynəlxalq hava limanına məcburi eniş edib.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən aldığımız məlumata görə, məcburi eniş yerli vaxtla gecə saat 00:55 –də baş verib. Təyyarədə yaranan problem nasazlıqla bağlı olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişinlər hazırda Bakıdadır və onların Sinqapurdan göndəriləcək yeni təyyarə ilə Baki vaxtı ilə günortadan sonra uçacağı gözlənilir. Qeyd edək ki, London-Sinqapur aviareysini yerinə yetirən təyyarənin göyərtəsində 467 sərnişin və 27 heyət üzvü olub.