Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İmtahandan əvvəl fikir qarışıqlığı olduqda nə etməli?

Tarix:19-04-2018, 23:14

İmtahandan əvvəl fikir qarışıqlığı olduqda nə etməli?


İmtahandan əvvəl qayğı və ya həyəcanın olması normal haldır. Bu, abituriyentin imtahana daha məsuliyyətli hazırlaşmasına kömək edir. Lakin həddindən artıq qayğı imtahan zamanı bir sıra narahatçılığa səbəb ola bilər ki, bu da qorxu yaradır. Belə olduqda avtomatik düşüncə pozuntuları meydana çıxır.

Bunu həkim-psixiatr Bəxtiyar Mustafayev deyib.

Həkim bildirib: “Mən bacarıqsızam”, “Yaxşı nəticə göstərə bilməyəcəyəm”, “Pis nəticə göstərsəm hər kəs məndən üz döndərəcək”, “Valideynlərimin üzünə necə baxacağam?”, “İmtahandan kəsilsəm mənim gələcəyim olmayacaq”, “Mənim həyatım bu imtahandan asılıdır” kimi bir sıra bənzər fikirlər abituriyentlərdə imtahan həyəcanına və bunun əsasında qorxuya səbəb olur. Bunun nəticəsində imtahan zamanı abituriyentlərdə əllərdə titrəmələr, tərləmə, taxikardiya, özünə nəzarəti itirmə, diqqəti toplaya bilməmə, döş qəfəsində və ya digər sıxılmalar, baş gicəllənməsi, qusma kimi əlamətlər müşahidə olunur. Bu da abituriyentin imtahan nəticələrinə mənfi təsir göstərir. İmtahan həyəcanının yaranmasında valideynlərin də müəyyən rolu olur. Daha çox təzyiq altında yetişdirilən, həmyaşıdları ilə müqayisə olunan, “Bizim gələcəyimiz səndən asılıdır”, “Sən imtahandan kəsilsən biz qohumların, tanışların üzünə necə baxarıq”, “Sən mütləq yüksək bal toplamalısan”, “Mütləq bu universitetə qəbul olmalısan” kimi ifadələrlə təzyiq altında saxlanılan abituriyentlərdə imtahan həyəcanı daha yüksək olur.

Ümumiyyətlə abituriyentlər imtahandan əvvəl normal yatmalı, istirahət etməlidirlər. Bu, imtahan zamanı daha diqqətli olmağa kömək edir. Həddindən artıq həyəcan olduqda isə tənəffüs hərəkətləri etməklə bunu tənzimləmək mümkündür. Bunun üçün nəfəs yavaş-yavaş burundan alınıb, azca saxlanılıb və sakit şəkildə ağızdan verilməlidir. Qeyd etdiyim kimi imtahandan əvvəl fikir qarışıqlığı olduqda onları alternativ düşüncələrlə əvəz etmək olar. Misal üçün “Mən imtahandan kəsiləcəyəm” əvəzinə , “Mən əvvəlki imtahanlarda yaxşı nəticə göstərmişəm və bu imtahana yaxşı hazırlaşmışam” kimi fikirlərlə həyəcanı azaltmaq mümkündür. Lakin imtahanlarda həddindən artıq həyəcan səbəbilə yaxşı nəticə göstərə bilməyənlərin psixoterapevtə və ya psixiatra müraciət etmələri məsləhət görülür”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib