Diş ağrısından əziyyət çəkən insanlar stomatoloqa müraciət edənədək ağrını necə azaltmaq barədə düşünürlər. Amerikan alimləri 460 tədqiqatın nəticələrini təhlil edərək bunun cavabını tapıblar: diş ağrısına qarşı ən təsirli vasitə iltihaba qarşı nesteroidli preparatlardır.Bu preparatların alternativi opioid dərman vasitələridir. Lakin sonuncuların çoxlu kənar təsirləri var. İltihaba qarşı nesteroidli preparatların orqanizmə mənfi təsiri bundan qat-qat azdır. Tədqiqatçılar ibuprofen və parasetamol preparatlarının da diş ağrısının müalicəsində faydalı olacağı qənaətindədirlər.