Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ömrü az olsa da, faydalıdır

Tarix:22-04-2018, 21:19

Ömrü az olsa da, faydalıdır


Cincilim yabanı halda bitsə də, bostanda, kövşəndə, çəməndə və əkin yerlərində az qala hər addımda ona rast gəlmək olar. Yazda təbiət oyanan kimi torpağın sinəsindən boy göstərən cincilim o qədər də uzunömürlü bitki deyil - tez boy atır və tez də ömrünü başa vurur.

Tərəvəz və yem bitkisi hesab edilir. Cincilim apreldən başlayaraq soyuqlar düşənə qədər çiçəkləyir. Onu az qala hər bostan və ya çəməndə axtarıb tapmaq olar.

Cincilim diabet xəstələri üçün əvəzsiz göyərtidir. Hər gün onu yığıb yarpaqlarını axar suyun altında yuyaraq salatlara əlavə etmək çox faydalıdır. Eyni zamanda, pörtlətmək, bişirmək, qurutmaq, ədviyyat kimi istifadə etmək də çox xeyirlidir. Ondan müntəzəm şəkildə istifadə etmək əsas şərtlərdən biridir. Cincilim orqanizmin ümumi maddələr mübadiləsini yaxşılaşdırır, toksinləri çıxarır və qaraciyərin, o cümlədən bütün daxili orqanların işini normallaşdırır.

Qıcolmalar, aritmiya, nevrozlar, mədə xorası və zob xəstəliyində cincilimdən istifadə etmək çox faydalıdır, çibanlar, diatez və ekzemalar onun vasitəsilə tez keçib gedir. İşlədici və sidikqovucu xüsusiyyətləri var. Artrit, podaqra, revmatizm və müxtəlif zədələr zamanı istifadə olunur. Yuxusuzluq, piylənmə və göz iltihabı zamanı da cincilim müsbət təsir göstərir. Xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə-bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq şirkətlərinin cincilimdən hazırladığı dərman preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi, qaraciyər və dəri xəstəliklərində geniş tətbiq edilir. Qızdırmasalıcı, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırıcı və sakitləşdirici keyfiyyətləri var.

Yazda cincilim zoğları yığılıb yuyulandan sonra dəsmalla qurudulur. Üyüdüb tozunu şüşə bankaya boşaldır, lazım gələndə bir sıra xörək və buterbrodlara səpirlər.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir