Absheron Media
Haqqımızda Bizimlə əlaqə

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür

Tarix:28-04-2018, 20:34

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür


Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il 337 milyon istehsalatla əlaqəli bədbəxt hadisə baş verir və bu hadisələrdə təxminən 2,02 milyon nəfərdən işçi dünyasını dəyişir, 317 milyon nəfər isə peşə xəstəliklərindən əziyyət çəkir, nəticədə dünya iqtisadiyyatı ÜDM-nin 4 faizi miqdarında itkiyə məruz qalır. Bu acı statistika nəzərə alınmaqla, BƏT-in təşəbbüsünə əsasən, işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması üçün 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. (Əvvəllərdə isə bu gün Amerika və Kanadada əmək kollektivlərinin bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərlə bağlı 1989-cu ildən etibarən qeyd etdikləri anım günü olub).

Əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinə malik olan Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi günü qeyd edilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib. 1997-ci ildə vətəndaşların əmək hüquqlarının, o cümlədən əməyin mühafizəsi hüququnun təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb, 1999-cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib. Məcəllənin 207-239-cu maddələri məhz əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini əhatə edir.

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası əmək resurslarının səmərəli məşğulluq imkanlarına malik olmaları ilə yanaşı, işçi insanların əmək və sosial hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi sahəsində dövlət siyasətinin ildən-ilə güclənməsinə şərait yaradıb. Bu sahədə ölkəmiz siyasətini mütərəqqi beynəlxalq standartlara uyğun qurur və ötən dövrdə Azərbaycan BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 Konvensiyasını, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını ratifikasiya edib. Bu təşkilatla əməkdaşlıqda layiqli əmək konsepsiyasının reallaşdırılması yönündə kompleks tədbirlərin həyata keçirildiyi Azərbaycanın ötən il BƏT-in Rəhbər Orqanına üzv seçilməsi də ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan məqsədyönlü siyasətə beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin əyani təzahürüdür.

BƏT tərəfindən 2018-ci il üçün Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusu “Əməyin mühafizəsi: xüsusən həssas təbəqə-gənc işçilərdir” kimi müəyyən olunub ki, bu da təsadüfi deyil. BƏT-in rəsmi saytında açıqlanan məlumatda (http://www.ilo.org/safework/events/safeday/lang--en/index.htm) bu gün dünya üzrə işçilərin 541 milyon nəfərinin məhz 15-24 yaşlarında olan gənclərdən ibarət olduğu və dünya üzrə işçi qüvvəsinin 15 faizini təşkil etdiyi, onların müəyyən bir hissəsinin təhülkəli əmək şəraitində çalışdığı bildirilir. Bu isə gənc işçilərin əməyinin mühafizəsini qlobal səviyyədə aktuallaşdırır.

Qeyd edək ki, Azərbaycanın əmək qanunvericiliyində şəxsin işə qəbulu üçün minimum yaş həddi 15 yaş müəyyən edilməklə, 15 yaşından 18 yaşınadək olan işçilər üçün bir sıra əlavə təminatlar, eyni zamanda, onların əməyindən istifadənin xüsusiyyətləri əksini tapıb. Bu zaman əsas prinsiplərdən biri kimi, bu yaş qrupundan olan işçilərin, yəni gənclərin əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində onların əməyinin tətbiq edilməsi qadağan edilir. Yaşı 18-dən az olan işçilər üçün konkret normalar müəyyən edilir ki, həmin normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə onların cəlb edilməsi qadağandır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, o cümlədən insan faktorunun üstünlüyü prinsipi əsas götürülərək işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına yönəlib.

Məlum olduğu kimi, əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasını təmin edir. Hazırda qarşıda duran əsas vəzifələrdən biri də işçilərin əməyinin təhlükəsizliyi sahəsində iş yerlərində mövcud vəziyyətin öyrənilməsində müasir texnologiyalardan istifadənin reallaşdırılması, dəqiq və obyektiv məlumatların əldə olunmasına imkan verən elektron sistemin tətbiqi, qabaqlayıcı tədbirlərin çeşidlərinin və əhatə dairəsinin genişləndirilməsi mexanizminin səmərəli təşkilidir.

Xidmət tərəfindən işçilər, habelə gənc işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi ilə bağlı norma, qayda və prinsiplər barədə işəgötürənlər arasında geniş və ardıcıl məlumatlandırma işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair Bakıda və respublikamızın ayrı-ayrı regionlarında seminar-müşavirələr formatında məlumatlandırma tədbirləri davam etdirilir. Eyni zamanda, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə birgə işəgötürənlər üçün əməyinin mühafizəsinə dair seminar keçirilib.

Qeyd edilən tədbirlər çərçivəsində gənc işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmələrinin təmin edilməsi ilə bağlı qanunvericiliyin prinsipləri, onlar üçün iş yerlərində verilməli olan əlavə təminatlar da işəgötürənlərin diqqətinə çatdırılıb, əməyin mühafizəsi ilə bağlı ətraflı təbliğat-maarifləndirmə işləri aparılıb.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib