Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Rənglərinə görə meyvə və tərəvəzlərin faydaları

Tarix:30-04-2018, 14:41

Rənglərinə görə meyvə və tərəvəzlərin faydaları


Göyərti və meyvələrə rəng verən maddələr sağlamlığa da təsir edir. Meyvələrin tərkibindəki formsante, beta karoten, lutein, alisin kimi maddələr onlara rəng vermək xüsusiyyətinə malikdirlər. Bu maddələrin sağlamlığınıza faydalarını bilsəniz, üstünlük verməli olduğunuz meyvələri də asanlıqla seçəcəksiniz.

Qırmızı meyvələr
Bu meyvələrə likopen adlı maddə rəng verir. Likopen xərçəngə qarşı güclü vasitədir. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər likopen mənbəyidir. 1 orta boy pomidor, 1 dilim qqarpız, 1 orta boy nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz. Alma, albalı və turp kimi meyvə-tərəvəzlər damar sərtləşmələrini önləməkdə təsirlidirlər. Çiyələk və nar isə qidalardakı kanserogen maddələri təsirsiz vəziyyətə gətirir.

Sarı və narıncı meyvələr

Bu meyvələrə rəng verən maddə beta karoten adlanır. Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir. Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi xəstəliklərin qarşısının alınmasında beta karotenin çox faydalı olduğunu sübut edib.

Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan qoruyur. Xolesterolun səviyyəsini aşağı salmaq üçün də sarı və narıncı rəngli meyvə və tərəvəzlər ideal qidalara sırasındadırlar. Qayısı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud, mandarin kimi meyvələr yeyərək beta karotinin möcüzəvi gücündən faydalana bilərsiniz.

Yaşıl meyvə və tərəvəzlər
Bunların tərkibində lutein maddəsi olur. Bu maddə əslində sarı rəngli olsa da, xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl rəng verir. Güclü bir antioksidant olan lutein hüceyrələri qoruyur, katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə aparır. Qaraciyər üçün də faydalı olan bu maddə əsasən boranı, kivi, xiyar, ispanaq, paxla, brokoli və kələmdə bol miqdarda olur. Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəng və infarkt riskini azaldır.

Bu qidalar doğum əsnasında meydana gələ biləcək qüsurlara maneə törədir. Yaşıl rəngli meyvə və tərəvəzlərin bir digər faydası isə qırmızı qan hüceyrələrinin, dişlərin və sümüklərin güclənməsinə müsbət təsir göstərmələri və immunitet sistemini qüvvətləndirmələridir.

Bənövşəyi rəngli meyvə və tərəvəzlər
Antosianin maddəsi meyvə və tərəvəzlərə bənövşəyi rəng verir. Bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərindən qoruyur. Badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində bol miqdarda antosianin var.

Ümumiyyətlə tünd rəngli meyvələr xərçəng riskini azaltmaqda faydalıdırlar. Bənövşəyi və qara rəngli meyvə-tərəvəzlər yaşlanmağı gecikdirici xüsusiyyətə malikdirlər. Həmçinin yaşlılıqla müşahidə olunan yaddaş problemlərinin də qarşısını alırlar.

Bu meyvələrin ən faydalısı qara üzümdür. Qabıq və çəyirdəyi ilə birlikdə yeyildikdə hüceyrələrin yenilənməsini təmin edir. Odur ki, bu meyvə bir çox xərçəng xəstələrinin gündəlik qida rasionuna daxil edilir.

Ağ rəngli meyvə tərəvəzlər
Bu meyvə-tərəvəzlərdə alisin maddəsi bol iqdarda olur. Sarımsaqda isə daha çoxdur. Sarımsağa qoxusunu verən də bu maddədir. Soğanın da tərkibində bol miqdarda olan alisin infeksiyalara öldürücü təsir göstərir. İmmunitet sistemini gücləndirməyə qadir olan ağ rəngli qidalar əsasən turp, sarımsaq, göbələk, soğan və kərəvizdir. Meyvələrdən isə ağ tut bir çox xəstəliklərə qarşı orqanizmi qorumağa kömək edir.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır