Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO

Tarix:9-05-2018, 17:28

Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO


Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı fəaliyyətə başlayır. Azərbaycanda ilk dəfə həyata keçirilən bu tədbir Astarada reallaşdırılacaq.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunur.

Mərkəzdən verilən məlumata görə, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı Azərbaycanın dilbər güşələrindən biri olan
Astarada pasientlərə tibbi xidmət göstərəcək. Mərkəzin Heydər Əliyev Fondunun Regional İnkişaf ictimai birliyi ilə birgə keçirdiyi və mayın 8-dən 12-dək davam edəcək tədbirdə məqsəd operativ şəkildə astaralı pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etmək, lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə paytaxtda yerləşən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.

İlk dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi boyu fəaliyyət göstərəcək. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə, cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan səyyar qatarın uzunluğu 25, eni 3 m-dir. Qatarda yerləşən Dəmiryolu Səyyar Klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur.

Səyyar Klinika üç hissədən - texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Burda yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıqlar, o cümlədən fakoemulsifikasiya, mikroskop üsullarla əməliyyatların aparılması üçün xüsusi cihazlar var.
Oftalmoloji müayinələr bölməsi avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar lampa, refraktometr, tonometr, proyektor, lensmetr və digərlərindən ibarətdir. Bütün avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya kimi ölkələrdə istehsal edilib.

Qatarda, həmçinin istirahət, qeydiyyat və sanitariya otaqları var. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası (6 həkim, 2 tibb bacısı, 2 rezident, 1 qeydiyyatçı və 1 mühəndis) vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Səyyar Klinikası 2005-ci ildən mütamadi olaraq respublikasının müxtəlif regionlarında pasientlərə xidmət göstərir. Bu günə qədər yerlərdə 2 mindən çox əməliyyat və 30 minə yaxın müayinə və müalicə aparılıb.

Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO

Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO

Azərbaycanda ilk - Relslər üzərində gəzən klinika - FOTO

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir