Abşeron qəzetinin yeni sayı
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
9-05-2018, 14:40 Oxunub: 413

Bahar aylarında ən çox narahatlıq doğuran hallar

Bahar aylarında ən çox narahatlıq doğuran hallar


Yazın gəlişi və havaların isinməsi təbiəti canlandırdığı kimi, bir sıra xəstəliklərin də fəallaşmasına səbəb olur. Gecələrin qısalması, günlərin uzanması, saatların dəyişməsi kimi faktorlar bədənin hormon tarazlığını dəyişərək yuxu nizamına təsir edir.

Fəsil dəyişikliyi zamanı baş verən bəzi hallar orqanizmin kifayət qədər dincələ bilməsinə, davamlı yorğunluğa və unutqanlığa səbəb olur.

Yazda ən çox rast gəlinən problemlər içərisində allergik xəstəliklər birinci sırada dayanır. Statistikaya görə, dünyada hər on nəfərdən ikisi allergiyadan əziyyət çəkir.
Allergik xəstələrin yaranma səbəbi havada uçuşan polen adlı çiçək tozlarıdır. Mövsümi allergiya nəticəsində gözdə qızartı, qaşınma və reaksiya ilə əlaqədar olaraq damar genişlənməsi əmələ gəlir. Bu baxımdan şiddətli yanma, işığa baxa bilməmək və bulanıq görmə yaranır.

Bahar aylarında sıx müşahidə olunan göz soyuqdəymələri sadəcə allergik mənşəli deyil, keçici də ola bilər. Tozlardan qorunmaq üçün yaz və yay aylarında gün eynəklərindən istifadə etmək məsləhətdir. Gözə əllə təmasdan mümkün qədər uzaq olmağa çalışmaq lazımdır. Bahar yorğunluğunun qarşısını almaq üçün günəşin erkən çıxmasından faydalanıb yuxudan tez oyanmaq ən mühüm məsələlərdən biridir. Hər gün eyni saatda yatıb qalxmağa çalışmaq, gündəlik həyatda daha fəal olmaq, sutka ərzində bir neçə dəfə idmanla məşğul olmaq, piyada gəzməyə üstünlük vermək, hazır qidalar əvəzinə təzə meyvə-tərəvəz qəbul etmək lazımdır. Psixoloji baxımdan toparlanmaq, müsbət əhvali-ruhiyyəyə köklənmək də bir sıra hallarda olduğu kimi bu problemin də qarşısını almağa müsbət təsir göstərir.
XƏBƏR LENTİ
14:40 | Abşeronun komandası İntellektual oyun üzrə regional məktəb çempionatının qalib oldu 13:38 | Cümhuriyyətin 100 illiyi Saray bağçasında da qeyd edildi. 12:56 | Xırdalan məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirdi 15:55 | Xanım icra başçı Qobu qəsəbəsində növbəti səyyar qəbul keçirdi 14:56 | İradə Gülməmmədova xalçaçı sənətkarların iş şəraiti ilə tanış oldu 14:33 | İradə Gülməmmədova İmam Hüseynin Cümə məscidində yaradılan şəraitlə tanış olub 17:12 | Cümhuriyyətin 100 illiyi Xırdalan bağçasında qeyd edildi 16:36 | Prezident İlham Əliyev yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib 20:53 | Abşeron bağçalarında azyaşlılar riyazi hesablamaları sevərək öyrənir 20:42 | Cümhuriyyətin 100 illiyi Xırdalan 4 saylı məktəbdə də qeyd edilib 19:51 | AXC-nin 100 illiyi münasibətilə Abşeronda futbol turniri keçirilib 19:26 | Abşeronda bağça uşaqları da yol hərəkəti qaydalarını öyrənir (VideoFoto) 17:18 | Ceyranbatanın 1 saylı məktəbində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib 19:34 | Abşeronda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub 12:48 | Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edəcək 12:37 | Abşeron şahmatçısı beynəlxalq turnirin qalibi oldu 12:32 | Xırdalan bağçasında AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib 19:10 | Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi. 15:17 | Masazırda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib 14:58 | İkram Manafov Türkiyədə mükafatlandırıldı 17:39 | Abşeronda Aprel şəhidinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib 22:02 | Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib