Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
2-03-2014, 02:33 Oxunub: 788

Bakıda bina yandı: tələbələr ölümdən döndülər

Bakıda bina yandı: tələbələr ölümdən döndülər
Azərbaycan Tibb Universiteti yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-ya bildirib ki, bu gün saat 9:55 radələrində Azərbaycan Tibb Universitetinin 5 saylı yataqxanasında yanğın baş verib. Hadisə xarici tələbələrin yaşadığı yataqxananın 404-cü otağında başlayıb. Hələlik yanğının səbəbi dəqiqləşdirilməyib. Hadisənin elektrik xətlərində qısaqapanma nəticəsində yarandığı güman edilir.


Yanğın zamanı otaqda heç kim olmayıb. Buna görə də hadisə nəticəsində heç kim ciddi xəsarət almayıb. Yalnız yataqxanada olan iki əcnəbi tələbə tüstüdən yüngül zəhərlənib. Halları pisləşən tələbələrə ilkin tibbi yardım göstəriləndən sonra onların vəziyyəti sabitləşib.

Yağın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov yanğın yerində olub, durumla tanış olub. Hadisənin səbəbləri araşdırılır.

--------
12:08

Fövqəladə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub və yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

---------
10:56

Bakıda yataqxanada baş vermiş yanğında xəsarət alanlar var. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Milli.Az-a bildirildi ki, hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.
İki qadın xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, biri isə ilkin tibbi yardımdan sonra buraxılıb.

--------
10:30

əraziyə 5 yanğınsöndürən maşın cəlb olunub. Yanğın artıq söndürülüb.

--------
10:24

yanğın zamanı türstüdən boğulanlar var. Hazıra FHN əməkdaşları bina sakinlərini təxliyyə ediblər. Zərərçəkən 3 nəfərə ilkin yardım göstərilir.

Hadisə yerində təcili tibbi yadım briqadası işləyir.

Qeyd edək ki, yanğının baş verdiyi binanın sakinləri, əsasən, Türkiyədən olan tələbələrdir. Elə hadisə nəticəsində zərərçəkənlər də türk tələbələrdir.

--------
10:15

Bakı şəhərində binada güclü yanğın başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaxınlığında, Səməd Vurğun 173 ünvanında yerləşən Tibb Universitetinin 5 saylı yataqxanası yanır. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın hazırda davam edir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildirildi ki, hazırda yanğınsönürmə biriqadaları hadisə yerində işləyir.
XƏBƏR LENTİ
3-04-2020, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb