Xırdalan şəhər 15 saylı körpələr evi- uşaq bağçasında nağıl saatı təşkil edilib. Tərbiyəçi müəllim Ləman Məmmədovanın təşkilatçılığı ilə bağçanın məktəbə hazırlıq qrupunun fidanları fransız yazıçısı Şarl Perronun “Qırmızı Papaq” nağılını səhnələşdiriblər. Tamaşada Qırmızı Papaq adlı qız nənəsinin yanına getməyə qərar verir. Çantasını şiriniyyatla doldurub yola düşür. Yolda o, canavarla rastlaşır. Onun hara getdiyini öyrənən canavar qaçıb, Qırmızı Papağın nənəsini yeyir… Maraq, heyrət dolu nəzərlərlə balacalar tamaşanı izləyiblər. Bağçanın balaca- aktyorları bütün rolların öhdəsindən layiqincə gəlib, ifaları alqışlarla qarşılanıb. Nağıllar aləminə səyahət uşaqların marağına səbəb olub.
Tural Kazımlı