Meşədə tənha qocalar qoğal bişirirlər. Qoğal onların arzuladıqları uşağa çevrilir. Amma sözə qulaq asmır, evdən qaçır ki, ağıl tapsın. Bu qaçış onu Ayı, Canavar, Tülkü kimi hiyləgər vəhşilərlə üz-üzə gəlməyə məcbur edir. Onun xilaskarı balaca Dovşan olur. Deməli, ağıl yaşda deyil, başdadır, bir də böyüyün sözünə baxmayan çox çətin sınaqlarla üz-üzə qalar. Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçiləri tərəfindən balaca tamaşaçılar üçün hazırlanmış bu gözəl ideyalı tamaşa həm də rəngarəng geyimləri, gözəl rəqsləri və şirin mahnıları ilə diqqəti cəlb edib.