Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
5-09-2018, 12:09 Oxunub: 515

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

1. 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
XƏBƏR LENTİ
Dünən, 19:45 | Balaca vətənpərvərlər Ordumuzun 100 illiyini qeyd ediblərDünən, 17:41 | Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLARDünən, 15:30 | Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunubDünən, 15:27 | DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilibDünən, 15:21 | Abşeronun 2 komandası respublika çempionu olduDünən, 15:06 | Novxanı-Mehdiabad avtomobil yolunun kənarında 400 ağac əkilibDünən, 14:41 | Abşeron küçəsi əsaslı şəkildə yenidən qurulur (FOTO)Dünən, 14:14 | DSX-nin rəisi Elçin Quliyev iranlı həmkarı ilə görüşübDünən, 14:12 | Nazir: Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilərDünən, 14:11 | Qafqaz Müsəlmanları İdarəsində ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilibDünən, 14:07 | Dmitri Kiselyov: Rusiya-Azərbaycan münasibətləri Qafqazda və daha geniş regionda sülh amilidirDünən, 12:01 | Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların sayı artıbDünən, 11:07 | Prezident İranın Sərhəd Qoşunları komandanını qəbul edibDünən, 10:07 | Deputatlarımız Hindistan, Türkiyə və Gürcüstana gedirDünən, 09:54 | Snapdragon 855-in bütün texniki göstəriciləri təqdim edildiDünən, 09:53 | Apple Platoon-u aldıDünən, 09:49 | Windows 10 üçün Qualcomm prosessoru təqdim olunubDünən, 09:48 | Google 7 dollarlıq telefon təqdim edibDünən, 09:46 | “Yandeks.Musiqi” servisi 2018-ci ilin ən yaxşıları arasına azərbaycanlını da daxil edibDünən, 09:06 | Bağçada Abşeron rayonun yaranmasının 55 illiynə həsr olunmuş tədbir10-12-2018, 17:28 | İradə Gülməmmədova yubilyarları təbrik edib10-12-2018, 16:34 | İradə Gülməmmədova növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edib