Abşeron qəzetinin yeni sayı
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
6-09-2018, 11:16 Oxunub: 2126

Xırdalanda yol polisi uşağı ölümdən qurtardı–VİDEO



Azərbaycanda yolda halı pisləşən azyaşlı oğlanı yol polisi xilas edib. Hadisə Bakı-Şamaxı yolunun 14.5-ci km-də baş verib. Yolu keçən Zülfiyevlər ailəsi və qohumları çıxılmaz duruma düşüblər. Yolun ortasında Tofiq Zülfiyevin azyaşlı nəvəsinin halı pisləşib və yerə yıxılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 3-cü tağımının nəzarətində olan “Müşfiq postunda” müşahidə kameralarına nəzarət edən inspektor bu barədə dərhal ərazidə xidmət aparan əməkdaşlara məlumat verib. Bunu eşidən 99 YP 792 nömrəli patrul avtomaşında xidmət aparan tağımın əməkdaşı, polis baş leytenantı Rüfət Quliyev hadisə yerinə yaxınlaşıb. Uşağın vəziyyətinin ağır olduğunu görən DYP zabidi onu və qohumlarını patrul maşınına mindirərək Xırdalan şəhərinin təcili yardım stansiyasına sürüb. Təqdim olunan videodan da görünür ki, polis zabiti çox təmkinlə, yol boyu təhlükəsizlik qaydalarını qorumaqla hərəkət edir, uşağa və onun yaxınlarına ürək-dirək verir. Yaxşı haldır ki, yolda digər avtomobillərin sürücüləri də DYP maşınına dərhal yol verib hərəkətə şərait yaradırlar. Beləliklə, uşaq təcili yardım mərkəzinə tez bir zamanda çatdırılır. Yol polisi əməkdaşı onu qucağına alaraq həkimlərin yanına çatdırır.

Hazırda həmin uşağın səhhəti normaldır, valideynləri və qohumları yol polisi zabiti Rüfət Quliyevə təşəkkür edir.

Baş DYPİ-nin rəhbərliyi bütün bunları nəzərə alaraq polis zabitini mükafatlandırıb və ona “Təşəkkür” elan edilib.

Şamo Əliyev
XƏBƏR LENTİ
22-03-2019, 19:58 | Oktay Yılmaz bu posta ən layiqli namizəd olduğunu çoxdan təsdiqləyib21-03-2019, 22:26 | Novruz bayramı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub21-03-2019, 22:21 | Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib21-03-2019, 13:53 | Abşeronluların cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi20-03-2019, 18:42 | Abşeron RİH sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib20-03-2019, 15:47 | Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi19-03-2019, 22:13 | Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib19-03-2019, 19:04 | Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu19-03-2019, 18:11 | Xırdalan məktəbinin şagirdləri Cocuq Mərcanlıya səfər etdilər19-03-2019, 14:49 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər19-03-2019, 14:46 | Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi19-03-2019, 10:19 | “Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarır19-03-2019, 10:18 | “Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcək19-03-2019, 10:17 | 64 MP və 100 MP + kameralı smartfonlar olacaq19-03-2019, 10:14 | Asus 2 yeni smartfon buraxdı18-03-2019, 23:03 | Abşeronlular Novruz bayramını cəbhə bölgəsində Aprel şəhidlərinin ailələri ilə qarşıladı18-03-2019, 18:46 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi18-03-2019, 14:11 | Aşağı Güzdək bağçasında Novruz bayramı qeyd olundu18-03-2019, 14:05 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi18-03-2019, 13:09 | Azərbaycanda yeni yem emalı müəssisələri fəaliyyətə başlayıb18-03-2019, 13:06 | Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, 20 Yanvar və Çernobıl hadisələri zamanı əlil olanlar avtomobillə təmin olunacaq – Prezident sərəncamı18-03-2019, 13:03 | Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib