Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı və Mingəçevirdə “Xarı Bülbül” gənclərin yaradıcılıq festivalları keçiriləcək

Tarix:12-09-2018, 14:50

Bakı və Mingəçevirdə “Xarı Bülbül” gənclərin yaradıcılıq festivalları keçiriləcək


Gənclər üçün Təhsil Mərkəzi (GTM) ilk dəfə olaraq “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının keçirilməsi üçün hazırlıq işlərinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsindən keçiriləcək festivalların əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına dəstək olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır.

Hazırda Bakı və Mingəçevir şəhərlərində festivalların keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulur. Festivalın iştirakçısı olmaq istəyən gənclər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirə bilərlər. Yaxın günlərdə dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdiriləcək, yaradıcılıq təlimlərinə başlanılacaq.

Bu layihə çərçivəsində gənclər üçün yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, kino, ədəbiyyat və s.) master klassların və təlimlərin təşkili, istedadlı gənclərin yaradıcılıq imkanlarının təqdim olunması üçün festival, sərgi, konsert və digər sosial tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, layihə müddətində qeyd olunan şəhərlərdə davamlı olaraq, istedadlı gənclərin yaradıcılıq dərnəyinə cəlb olunması işləri aparılacaq. Bununla yanaşı, yaradıcı gənclər üçün onların şəxsi inkişafı və təşəbbüskarlığının artırılması məqsədilə müxtəlif oyunlar və müsabiqələr təşkil olunacaq.

Dərnəkdə hazırlaşdırılan yaradıcı gənclərin keçiriləcək festivallar vasitəsilə öz istedadlarını nümayiş etdirmələri üçün şərait yaradılacaq. Festivalları izləmək üçün müvafiq sahə üzrə ekspertlər və dövlət qurumları da dəvət olunacaq.

“Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib