Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
22-09-2018, 12:24 Oxunub: 243

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qlobal Forumu keçiriləcək - Kafu da gəlir

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qlobal Forumu keçiriləcək - Kafu da gəlir


Sentyabrın 24-də Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumu öz işinə başlayacaq.

120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam edəcək.

Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilir.

Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar.

Futbolçu Kafu, eyni zamanda, Xüsusi Olimpiya Hərəkatının dünya üzrə yeni səfiri olaraq ictimaiyyətə təqdim ediləcək.

Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.
XƏBƏR LENTİ
Dünən, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdibDünən, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçiribDünən, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edibDünən, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib