Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
25-09-2018, 15:20 Oxunub: 476

TESS ilk şəkilləri Yerə göndərib

TESS ilk şəkilləri Yerə göndərib


ABŞ Kosmik Agentliyinin (NASA) yeni "TESS" kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu ehtimal edilən astronomik obyektlərin ilk şəkillərini göndərib.

Peyk ilk fotoşəkilləri avqustun 7-də dörd genişformatlı kamera vasitəsilə Yerdən start götürdükdən 4 ay sonra çəkib. Şəkillərdə həyat qabiliyyətli olması güman edilən ekzoplanetlərə malik planet sistemlərinin daxil olduğu ulduz və obyektlər təsvir edilib. Bundan başqa, "TESS" bir neçə astronomik obyektlərin görünüşünü çəkib.

Agentliyin Vaşinqtonda yerləşən mənzil-qərargahının astrofizika şöbəsinin əməkdaşları bildirib ki, kosmik aparatın əhatə dairəsinə eyni anda yeni planet sistemlərinin olduğu çoxlu ulduz və qalaktikalar daxildir. Elmi dəyərə malik ilk şəkillər peykin kamerasının imkanlarını nümayiş etdirir və missiyanın başqa planetlərin axtarışı üçün misilsiz potensialını göstərir. Alimlərin sözlərinə görə, "TESS" atmosfer tərkibi potensial həyat mövcudluğu ilə bağlı olacaq bir sıra planetlər aşkarlayacaq.

Qeyd edək ki, ekzoplanetlərin axtarışı üçün nəzərdə tutulan "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopu bu ilin aprelində "SpaceX" şirkətinin "Falcon 9" raketdaşıyıcısı vasitəsilə kosmosa buraxılıb.

"TESS" teleskopu yanacağın bitməsinə görə istismar müddəti sona çatan "Kepler" teleskopunu qismən əvəz edəcək. "TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Yeni missiyanın əsas fərqi ondan ibarətdir ki, alimlər 300 işıq ili məsafəsində yerləşən obyektləri tədqiq edəcəklər. "Kepler" isə ulduzları 3 min işıq ili məsafəsində öyrənib.

Məlumata görə, "TESS" 600-1000 nanometr spektral diapazonda işləyən 16,8 meqapiksel təsvir ölçülü matrisaya malik 4 teleskopla təchiz edilib. Teleskopların hər birinin əhatə dairəsi 24x24 dərəcə təşkil edir və onlar elə yönəldilib ki, birlikdə uzadılmış zolaq şəklində vahid görünüş dairəsi yaradırlar. Teleskop 27 gündən bir müşahidə zonasını dəyişəcək və ikiillik əsas missiya çərçivəsində göy qübbəsinin 85 faizini əhatə edən xəritə yaradacaq.

Mayda "TESS" ilk - sınaq çəkilişi edərək şəkilləri Yerə göndərməsinə baxmayaraq teleskop iyulun 25-də rəsmən fəaliyyətə başlayıb.
XƏBƏR LENTİ
Bu gün, 15:16 | İradə Gülməmmədova Masazır məktəbində ilk dərs günündə iştirak edib - FOTOBu gün, 15:15 | İltihab, sonsuzluq, babasil zamanı kömək edən yarpaqlar. Faydalı reseptlərBu gün, 15:13 | Beyin qan dövranını yaxşılaşdırmağın 5 YOLUBu gün, 15:11 | Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilirBu gün, 15:10 | Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edibBu gün, 14:06 | İradə Gülməmmədova BMU-da keçirilən Bilik günündə iştirak edibBu gün, 11:51 | Mədə qıcqırması. SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏRBu gün, 11:44 | Türkiyənin Vitse-prezidenti Fuat Oktay ulu öndər Heydər Əliyevin məzarını ziyarət edibBu gün, 10:41 | Mixəyin müalicəvi təsirləriBu gün, 10:40 | Badımcanın özü kimi saplaqları da FAYDALIDIRBu gün, 10:38 | Qaraciyəri sağlam saxlamaq istəyənlər üçün. FAYDALI İÇKİBu gün, 10:38 | Azərbaycan Cenevrədə beynəlxalq tədbirdə təmsil olunacaqBu gün, 09:29 | Apple şirkəti yeni biometrik identifikasiya texnologiyası üzərində çalışırBu gün, 09:27 | Bu günə qədərki ən qara material istehsal edildiBu gün, 09:26 | Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıbDünən, 15:30 | Abşeronda gənclər təmizlik aksiyası keçirib14-09-2019, 18:17 | Abşeronda “Koreya səfiri kuboku” turniri keçirilib13-09-2019, 17:56 | İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü13-09-2019, 15:49 | Qanazlığı olan uşaqlara bunları yedizdirin - PEDİATR SADALAYIR13-09-2019, 15:47 | Abşeronlu toxucular: Bizə göstərilən diqqət və qayğıya görə, Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır13-09-2019, 12:53 | Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - “NASA Space Apps Challenge” keçiriləcək13-09-2019, 12:53 | Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib