Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda məişət tullantıları paliqon inşa ediləcək.

Tarix:8-10-2018, 20:00



Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə bu sahədə nümunəvi şəraitin yaradılacağından xəbər verir. Bu isə geniş mənada ekologiyanın təmizlənməsinə, məişət tullantılarının isə gəlir mənbəyinə çevrilməsinə səbəb olacaq...

Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində Abşeron sanitar poliqonu üzrə Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi hazırlanır. Abşeron Rayonu İcra Hakimiyyətiin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində Abşeron sanitar poliqonu üzrə hazırlanan Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədi üzrə ictimai dinləmələr keçirilib.

Rayonun Aşağı Güzdək qəsəbəsində düzənlənən dinləmələrdə Abşeron Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin nümayəndələri, qeyri-hökumət təşkilatları və rayon sakinləri iştirak ediblər.

Lahiyənin rəhbəri Abdurrahim Tan Milli Strategiya və ölkədə bərk məişət tullantılarının idarə edilməsi haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, hazırlanan Milli Strategiya bütün ölkə ərazisində bərk məişət tullantılarının idarə edilməsi üzrə toplanma, daşınma və zərərsizləşdirmə sisteminin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, əlavə xammal bazarının formalaşdırılmasına, təkrar emal sahələrinin qurulmasına, təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Eləcə də, dövlət büdcəsindən sahəyə ayrılan subsidiyaların tədricən azaldılması, göstərilən xidmətlərin müqabilində alınan ödənişlərin yığım səviyyəsinin artırılması istiqamətində aparılan işlərin daha da sürətləndirilməsi mümkün olacaq.

Bildirilib ki, poliqon üç mərhələdə tikiləcək. İlk mərhələ 2022-ci ilin sonunadək başa çatacaq. İkinci mərhələ 2029-cu, sonuncu mərhələ isə 2036-cı ili əhatə edəcək.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib