Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
9-10-2018, 15:29 Oxunub: 235

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb


Bu barədə Rusiya internet mənbələrində (https://www.ridus.ru/news/285057) məlumat yer alır.

"Alenia Aermacchi M-346 Master" əvvəlcə pilotların döyüş hazırlığının yüksəldilməsi üçün nəzərdə tutulurdu və İtaliyanın "Leonardo Aircraft" şirkəti tərəfindən istehsal olunur. Təyyarə ilk uçuşunu 2004-cü ildə keçirib. O vaxtdan bəri İtaliyanın və bəzi digər ölkələrin Hərbi Hava Qüvvələri bu təyyarələrdən alıb.

Hazırda İtaliya HHQ-nin silahlanmasında 18 belə təyyarə var. Sinqapur 12, İsrail 30, Polşa isə 8 M-346 təyyarəsi alıb. Azərbaycan da "Leonardo Aircraft" şirkətinin müştəriləri arasındadır və Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ilin mayında Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil olan yeni nəsil M-346 təyyarəsini nümayiş etdirib. Lakin o vaxt Azərbaycanın İtaliyadan neçə təyyarə aldığı göstərilməmişdi.

İndi Rusiya mənbələrində göstərilir ki, Azərbaycan "Leonardo" şirkətindən 10 təyyarə alıb və daha 15 təyyarə sifariş verib.

Təyyarədə iki turboreaktiv mühərrik quraşdırılıb və bu mühərriklərin sayəsində M-346 saatda 1050 kilometrə qədər sürət yığa bilir. Şirkət təyyarəni daha da təkmilləşdirərək onu təlim-döyüş təyyarəsinə çevirib. M-346 təyyarələrinin təlim-döyüş versiyası qanadaltı asmalarda 3 tona qədər ağırlığında cəmi 5 bomba daşıya bilir.

"Leonardo" şirkətinin Azərbaycana satdığı və satmağa hazırlaşdığı təyyarələrin neçəsinin təlim-məşq, neçəsinin təlim-döyüş təyinatlı olduğu məlum deyil. Lakin ehtimal edilir ki, bu təyyarələrin əsas qismi məhz təlim-döyüş təyinatlı olacaq. Çünki pilotların döyüş hazırlığı üçün o qədər də çoxsaylı təyyarələrə ehtiyac yoxdur. Azərbaycan isə son illər öz Hərbi Hava Qüvvələrini müasir döyüş təyyarələri ilə təchiz etməyin müxtəlif variantlarını, o cümlədən Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının alınmasını nəzərdən keçirib. Belə situasiyada İtaliya istehsalı olan yüngül təlim-məşq təyyarələrinin təlim-döyüş versiyası Azərbaycan üçün tamamilə sərfəli variant kimi görünür. Həmin təyyarələri İsrailin köməyi ilə daha da təkmilləşdirmək və döyüş imkanlarını genişləndirmək olar.

Belə ki, ötən il xarici KİV-lərdə yer alan xəbərlərdə deyilirdi ki, İsrail Müdafiə Nazirliyi özünün hərbi avasiya parkında yer alan İtaliyanın "Alenia Aermacchi" şirkətinin istehsalı olan M-346 "Master" təlim-döyüş təyyarələrini təkmilləşdirir. 2012-ci il iyunun 2-də İsrail Müdafiə Nazirliyi ilə "Alenia Aermacchi" şirkəti arasında dəyəri 1 milyard dollar olan müqaviləimzalanıb.

Müqavilə əsasında "Alenia Aermacchi" şirkətinin İsrail Hərbi Hava Qüvvələrini (HHQ) "Lavi" adı verilən 30 ədəd M-346 təlim-döyüş təyyarələri ilə təmin etməsi nəzərdə tutulub.

Son "Lavi" təyyarəsinin İsrail HHQ-nin inventarına daxil olmasından az vaxt keçməsinə baxmayaraq, təyyarənin imkanlarını genişləndirmək məqsədi ilə onun müasirləşdirməsinəqərar verilib. İsrail istehsalçı şirkətlə birlikdə təyyarənin təlim bombaları və asma yanacaq çəni ilə təchiz edilməsi üzərində işləyir.

Gələcəkdə təyyarələrin istehsalçısı analoji müasirləşdirməni başqa müştərilərə də təklif edə biləcək. Yenilənmiş M-346 təyyarəsi demək olar ki, 3 il istismar müddətində İsrail HHQ-nin təcrübəsinə əsaslanan xüsusi proqram təminatı alıb.vMüqavilə əsasında "Alenia Aermacchi" şirkətinin İsrail Hərbi Hava Qüvvələrini (HHQ) "Lavi" adı verilən 30 ədəd M-346 təlim-döyüş təyyarələri ilə təmin etməsi nəzərdə tutulub.

Son "Lavi" təyyarəsinin İsrail HHQ-nin inventarına daxil olmasından az vaxt keçməsinə baxmayaraq, təyyarənin imkanlarını genişləndirmək məqsədi ilə onun müasirləşdirməsinəqərar verilib. İsrail istehsalçı şirkətlə birlikdə təyyarənin təlim bombaları və asma yanacaq çəni ilə təchiz edilməsi üzərində işləyir.

Gələcəkdə təyyarələrin istehsalçısı analoji müasirləşdirməni başqa müştərilərə də təklif edə biləcək. Yenilənmiş M-346 təyyarəsi demək olar ki, 3 il istismar müddətində İsrail HHQ-nin təcrübəsinə əsaslanan xüsusi proqram təminatı alıb.

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb

Azərbaycan İtaliyadan 10 təlim-döyüş təyyarəsi alıb
XƏBƏR LENTİ
Dünən, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdibDünən, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçiribDünən, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edibDünən, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib