Çinin cənubunda uzunluğu 55 kilometr olan dünyanın ən uzun dəniz körpüsü açılıb. Hong Kongdan Zhuhai şəhərinə səyahət müddətini 3 saatdan 30 dəqiqəyə azaldacaq körpüdən pulsuz istifadə etmək mümkün olacaq.
İlkin hesablamalara görə, 2030-cu ilə qədər hər gün körpüdən 29 mindən çox vasitə və 120 mindən çox sərnişin keçəcək. Körpü vasitəsilə daimi marşrut avtobuslarının buraxılması nəzərdə tutulur. Belə ki, avtobusların gün ərzində 10-15, pik saatlarında 5, gecələr isə 15-30 dəqiqə məsafə ilə xəttə buraxılması gözlənilir.
Körpünün ümumi çəkisi 400 min tondur. Onun 120 il saatda 300 kilometr küləyə malik olan qasırğaya, 8 bal gücündə isə zəlzələyə dözümlü olduğu bildirilir.