Yaponiyanın ən böyük rabitə operatoru "NTT DoCoMo" və "Mitsubishi Electric" şirkəti birgə hərəkət edən avtomobildə "5G" protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.
Sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.
"Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir" - şirkətlərin nümayəndələri deyiblər.