Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
11-12-2018, 09:53 Oxunub: 157

Apple Platoon-u aldı

Apple Platoon-u aldı


Apple şirkəti cavan ifaçıların inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən Platoon adlı startapı aldı. Maraqlısı ondadır ki, bu startapın təsisçilərindən biri Apple şirkətinin keçmiş əməkdaşıdır. Platoon startapı 2016-cı ildə Denzyl Feigelson və Saul Klein tərəfindən təsis edilib. Şirkət ABŞ-da və İngiltərədə cavan ifaçıların inkişaf etdirilməsi ilə məşğul olur. Platoon şirkəti sayəsində bir sıra cavan ifaçılar nəticədə Universal və Sony şirkətləri ilə müqavilələr bağlayıblar. Apple şirkətinin bu startapı hansı qiymətə aldığı barəsində məlumat verilmir. Lakin məlumdur ki, Denzyl Feigelson şirkətin rəhbəri vəzifəsində çalışmağa davam edəcək. Şirkət 12 işçidən ibarətdir.

Sol tərəfdə Saul Klein, sağ tərəfdə isə Denzyl Feigelson əks olunub:

Məlumata əsasən iPhone istehsalçısının Platoon-u alması Platoon-nun orijinal musiqi və vizual kontent hazırlanması sahəsinin inkişafın təsvirinin daha da inkişaf etdirilməsində şirkətə əlavə resurslar verəcək. Şirkətin Platoon-u nəyə görə alması bilinmir. Çox güman ki, şirkət Platoon-u özünün cavan musiqiçilərin axtarılması layihəsinə inteqrasiya etmək istəyir. Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayında şirkət Asaii adlı platformanı almışdı. Bu platforma machine learning texnologiyası sayəsində cavan musiqiçilərin axtarılması üzrə fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Denzyl Feigelson 2002-ci ildə bəri Apple-da çalışırdı. O ilk öncə Apple şirkətinin xüsusi layihələri ilə məşğul olurdu. Daha sonra Feigelson iTunes komandasına qoşuldu. Feigelson həmçinin Londonda keçirilmiş iTunes Festival tədbirinin təşkilatçılığında da iştirak edib. Bir sıra məlumata əsasən o, Steve Jobs-un etibar etdiyi şəxslərdən biri olub. Saul Klein isə daha öncə LoveFilm layihəsinin həmtəsisçisi olub. Bu layihə elektron poçt vasitəsilə DVD icarəsi və videoların canlı yayımı sahəsində çalışırdı. Lakin 2011-ci ildə Amazon şirkəti bu layihəni aldı və onu indi hamının tanıdığı Prime Video servisinə çevirdi.
XƏBƏR LENTİ
16-01-2019, 15:32 | Abşeron RİH havanın kəskin pisləşəcəyi ilə əlaqədar uşaq bağçalarına xəbərdarlıq etdi16-01-2019, 15:28 | Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı16-01-2019, 13:43 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib15-01-2019, 16:33 | DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirib15-01-2019, 10:17 | Xırdalanda yeni park salınır – FOTO12-01-2019, 17:01 | Abşeron RİH-in təşəbbüsü ilə Saray internat evində Yeni il şənliyi təşkil edilib12-01-2019, 16:35 | “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi12-01-2019, 16:03 | Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə birincilik keçirilib11-01-2019, 16:49 | Xırdalan şəhərində növbəti ağacəkmə aksiyası keçirildi4-01-2019, 16:20 | İradə Gülməmmədova Digah qəsəbəsində sakinlərlə görüşdü4-01-2019, 12:14 | Azərbaycan səfirinin Fransanın “Winner” jurnalında müsahibəsi dərc olunub4-01-2019, 12:12 | Deputat: 2018-ci ildə Azərbaycan böyük iqtisadi uğurlara imza atdı4-01-2019, 10:21 | Türkiyə və ABŞ gəmiləri birgə hərbi təlim keçirib3-01-2019, 10:34 | Çinin kosmik gəmisi Ayın görünməyən səthinə enib3-01-2019, 10:32 | Prezident Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib30-12-2018, 11:53 | Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasında Yeni İl şənliyi28-12-2018, 12:13 | Xırdalan 3 saylı uşaq bağçasında bayramlar münasibəti ilə şənliy keçirilib.28-12-2018, 12:12 | Hindistan səfiri Azərbaycandan getdi28-12-2018, 12:10 | Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib28-12-2018, 12:05 | Saray və Ceyranbatan qəsəbə sakinlərinin nəzərinə28-12-2018, 11:02 | Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib28-12-2018, 10:54 | 1 saylı bağçasda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi