"iPhone" sahibləri "Apple" şirkətini zəhlətökən reklam elanlarının göndərilməsində ittiham edib.
"AppleInsider" portalının məlumatına görə, istifadəçilərə "Apple" şirkətinin yeni texnikasını (məsələn, "iPhone XS" və ya "XR") satın almaq təklif edilir. Qeyd edək ki, "App Store" proqramından "push" bildirişlər hətta bu proqramı öz smartfonuna quraşdırmayan istifadəçilərə də göndərilir.
Beləliklə, "Apple" öz qaydasını ("App Store" proqramlara istifadəçilərin icazəsi olmadan bildiriş göndərilməsini qadağan edir) pozur.