Beləliklə artıq şirkətlərdə sənədlər üzrə işlərin müəyyən hissəsini avtomatlaşdırmaq mümkün olacaq. Proqramçılar istifadəçilər üçün nümunə üzrə sənədlərin yaradılmasını, verilənlərin kənardan importunu və iş proseslərinin idarəsi kimi işləri avtomatlaşdıra biləcəklər.
Bir sıra şirkətlər artıq yeni APİ imkanlarını sınaqdan keçiriblər: məsələn Netflix proqramçıların sənədləşməsinin avtomatlaşdırılması üçün ondan yararlanıb, tətbiqlərin avtomatlaşdırılması üzrə xidmət göstərən Zapier platforması isə korporativ məktubların yazılması üçün Google Docs ilə inteqrasiya reallaşdırıb.