Abşeron qəzetinin yeni sayı
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
14-03-2019, 10:36 Oxunub: 211

Samsung-dan yeni təkmilləşdirilmiş istifadəçi interfeysi - One UI

Samsung-dan yeni təkmilləşdirilmiş istifadəçi interfeysi - One UI


Günümüzdə smartfonlar sadə kommunikasiya vasitəsi deyil, həyatımızın bir hissəsidir. Lakin, yeni flaqmanların istifadəsi getdikcə qəlizləşir, axır 10 il içində iki dəfə genişlənən displeylər isə bunu daha da çətinləşdirir. Beləliklə, yeni nəsil Samsung smartfonları Samsung Experience istifadəçi interfeysini əvəz edən One UI ilə təchiz olunmuşdurlar.

Оne UI- nin əsas məqsədi "geniş" ekranlar üzərində iş prosesinin sadələşdirilməsi və hərəkət ilə idarənin təkmilləşdirilməsidir. İnterfeys ekranı iki işləmə zonasına bölərək geniş diaqonallı ekrandan istifadə və naviqasiyanı asanlaşdırır. Burada displeyin yuxarı hissəsi kontenti gözdən keçirmək üçün, aşağı hissəsi isə smartfondan istifadə etmək üçün nəzərdə tutulub. Belə ki, bütün informasiya, fotoşəkillər və ya mətnlər ekranın yuxarı hissəsində, klaviatura, "Share" düyməsi və digər alətlər isə aşağı hissədə əks etdilir. Beləliklə, istifadəsi asanlaşan və bir əl ilə istifadəni dəstəkləyən bu interfeys "One" adlandırılıb.

Yeni One UI-nin əsas məqsədlərindən biri istifadəçini qəliz menyu keçidlərindən azad edib, daha rahat işləmə sahəsi yaratmaqdır. Belə ki, indi tələb olunan bütün tənzimləmələr istifadəni asanlaşdırmaq üçün qruplaşdırılmış, ekran üzərində isə tələb olunan və aktual məlumatlar əks etdirilir. İnterfeys ekranda əks etdirilən məlumatın həcmini azaldaraq optimallaşdırır və istifadəçinin tələblərinə uyğunlaşdırır. Bu isə öz növbəsində, smartfonun artıq məlumat ilə yüklənməsinin qarşısını alan 'focus blocks' prinsipi üzərindən həyata keçirilir. One UI iş prinsipi əlavələrdən istifadəni də təkmilləşdirərək ekranda yalnız əməliyyatı başa çatdırmaq üçün tələb edilən funksiyaları əks etdirir. Buna misal olaraq istifadəçi nömrə yığım panelini aktiv etdikdə, sistem avtomatik olaraq bu əməliyyata aid olmayan menyu icon-larını "gizlədir", əvəzinə ekranda video zəng və ya yeni nömrə yaratmaq düymələrini əks etdirir.

Məlumat blokları və icon-ların yeni vizualizasiyası - yuvarlaq forma diqqəti detallara cəlb edir. Yeni dizayn interfeysin estetik görünüşünü yaxşılaşdırmaqla yanaşı yeni Galaxy xətitinin "yuvarlaq" dizaynına da yaraşıq qatır.

Smartfondan istifadə zamanı vizual komfort çox vacibdir, bu səbəbdən yeni One UI interfeysi istifadəçiyə uyğun tənzimləməni dəstəkləyən Night Mode rejimi ilə təchiz olunub. Bu rejimi istədiyin zaman aktiv edib parlaqlıq, təsvir tonu, təzadlıq kimi göstəriciləri istədiyiniz kimi tənzimləyə bilərsiniz. Tənzimləmənin ən asan yolu "Qürubdan Şəfəqə qədər" seçimidir ki, bunun üçün smartfonunuzun geolokasiya xidmətini aktiv etməyiniz kifayətdir.

Qeyd edək ki, One UI istifadəçi interfeysi Galaxy xəttinin bütün yeni smartfonlarında təqdim edilib.
XƏBƏR LENTİ
Bu gün, 19:04 | Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunduBu gün, 18:11 | Xırdalan məktəbinin şagirdləri Cocuq Mərcanlıya səfər etdilərBu gün, 14:49 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlərBu gün, 14:46 | Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdiBu gün, 10:19 | “Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarırBu gün, 10:18 | “Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcəkBu gün, 10:17 | 64 MP və 100 MP + kameralı smartfonlar olacaqBu gün, 10:14 | Asus 2 yeni smartfon buraxdıDünən, 23:03 | Abşeronlular Novruz bayramını cəbhə bölgəsində Aprel şəhidlərinin ailələri ilə qarşıladıDünən, 18:46 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildiDünən, 14:05 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdiDünən, 13:09 | Azərbaycanda yeni yem emalı müəssisələri fəaliyyətə başlayıbDünən, 13:06 | Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, 20 Yanvar və Çernobıl hadisələri zamanı əlil olanlar avtomobillə təmin olunacaq – Prezident sərəncamıDünən, 13:03 | Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edibDünən, 11:11 | Azərbaycanlı arxeoloqlar Qazaxıstanda beynəlxalq konfransda iştirak ediblərDünən, 11:08 | NASA iri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edibDünən, 09:44 | Millət vəkili: Prezident İlham Əliyevin əfv sərəncamı məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdıDünən, 09:42 | Avropa İttifaqı Prezident İlham Əliyevin əfv sərəncamını alqışlayır16-03-2019, 23:09 | MƏKTƏBDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLDİ16-03-2019, 22:58 | Xırdalanın 22 saylı bağçasında Novruz şənliyi keçirilib16-03-2019, 22:53 | Məmmədli kənd 10 saylı uşaq bağçasında Novruz şənliyi - FOTOLAR16-03-2019, 22:45 | Şəhid ailələrinə bayram sovqatı verildi