Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcək

Tarix:19-03-2019, 13:18

“Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcək


İsveçin "Ericsson" şirkəti bu yaxınlarda Barselonada keçirilən Mobil Dünya Konqresində (Mobile World Congress) 10 mobil rabitə operatoru ilə beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) qurulması haqqında sazişlər imzalayıb. Həmçinin 42 niyyət sazişi imzalayan şirkət ABŞ, Avropa, Asiya və Avstraliya daxil olmaqla bütün dünyada "5G" şəbəkələrinin qurulması ilə məşğuldur. Bu barədə şirkətin prezidenti və baş direktoru Borye Ekholm bildirib.

"Ericsson" rəhbərinin fikrincə, "5G" kritik infrastrukturun ən vacib hissəsindən biridir. "5G" imkanlarından ilkin mərhələdə istifadəçilərin yararlanacağına baxmayaraq texnologiya sənaye müəssisələri üçün xüsusi əhəmiyyət kəsb edir. B.Ekholm qeyd edib ki, "Ericsson" mobil robot texnikası və avtonom elektrik avtomobillər sahəsində birgə işlər aparır.

Onun sözlərinə görə, "Ericsson Radio System" ailəsinə aid şəbəkə avadanlığı 2015-ci ildən "5G" tələblərinə cavab verir. Lakin distansiyalı yeni proqram təminatının quraşdırılması sayəsində avadanlıq "5G New Radio" (NR) standartı ilə uyğunluq təşkil etməyə başlayıb. Spektrin "Ericsson" texnologiyası üzrə ayrılması eyni diapazonda "4G" və "5G" trafikini ötürməyə imkan verir ki, bunu da indiyədək bir sıra mütəxəssislər qeyri-mümkün hesab edib. "Ericsson" prezidentinin qənaətinə görə, bu texnologiya hazırda "5G" şəbəkəsinin mövcud tezlik diapazonlarında tətbiqi üçün ən qənaətcil üsuldur.

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır
Yeni Azərbaycan Partiyası ölkənin perspektiv inkişafında mühüm rol oynayır