Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ürək xəstəlikləri, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ƏDVİYYAT

Tarix:3-04-2019, 18:29

Ürək xəstəlikləri, yaddaş zəifliyi və depressiyanın qarşısını alan ƏDVİYYAT


Günümüzün ən bahalı ədviyyatlarından biri olan zəfəran lap qədim zamanlardan dərman maddəsi olaraq istifadə edilir.

Bu bitki ürək xəstəlikləri, iştahasızlıq, bronxit, həzm sistemi pozğunluqları və yuxusuzluq kimi xəstəliklərin müalicəsində faydalıdır.

Ürəyə faydaları

Zəfəran ürək üçün çox xeyirlidir. Ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanı təmizləyir.

Xərçəng əleyhinə xüsusiyyəti var

Zəfəran karotenoidlərlə zəngindir. İki ana karotenoidi krosin və krosetindir ki, bunlar qidalara sarı rəng verir. Araşdırmalar zəfəranın xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğunu göstərmişdir. Bəzi tədqiqatlar bu ədviyyatın prostat və süd vəzi xərçənginə qarşı anti proliferativ (çoxalmağın qarşısını alan) təsiri olduğunu ortaya çıxarıb. Bundan əlavə, leykoz hüceyrələrinin böyüməsinin qarşısını aldığı və ağciyər xərçənginə qarşı pro apoptotik (programlanmış hüceyrə ölümünü xəbərdar edən) təsiri olduğu aşkarlanıb.

İştahanı nizamlayır

Arıqlamaq istəyənlər zəfəranı sınaqdan keçirə bilərlər, çünki yemək istəyini aradan qaldırır. Bununla bağlı aparılmış təcrübə zamanı zəfəran qəbul edən qadınlarda iştahanın 55% azaldığı müəyyənləşib.

Zəfəran beynin serotonerjik sistemini hədəfləyərək, yemək arzusunu aradan qaldırır. Bu sistem iştah, ruh halı, hətta şəkər istəyinə təsir edir.

Antidepressant təsiri var

Zəfəran ənənəvi fars təbabətində antidepressant kimi istifadə olunub. Son tədqiqatlar da bu ədviyyatın insanın əhvalını yaxşılaşdırmaqda faydalı olduğunu təsdiqləyir. Belə ki, 6 həftəlik bir araşdırma zamanı xəstələr gündəlik 30 mg zəfəran qəbul ediblər. Sonda iştirakçılarda depressiya əlamətlərinin xeyli azaldığı müəyyənləşib. Araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, zəfəran zəif və orta dərəcəli depressiyalarda istifadə olunan dərmanlarla eyni təsirə malikdir.

Yaddaş funksiyalarını artırır

Heyvanlar üzərində aparılan araşdırmalar zəfəranın demans (ağılın zəifləməsi) və yaddaş itkisinə qarşı güclü təsirə malik olduğunu göstərməkdədir. Aparılan klinik tədqiqat zamanı isə zəif və orta dərəcəli Alzheimer xəstələrinin istifadə etdiyi ənənəvi dərman qədər faydalı olduğu müəyyənləşib.

Yan təsirləri

Adətən 6 həftəyə qədər qəbul etmək olar. Yan təsirlərinə ağız quruluğu, baş gicəllənmə, keyimə, mədə bulantısı, iştaha dəyişikliyi və baş ağrısı daxildir. Bəzi adamlarda allergik reaksiyalar ortaya çıxa bilər. Ağız yoluyla yüksək miqdarda qəbul etdikdə zəhərlənməyə, dəri, göz, selikli qişalarda saralmaya, qusma, baş gicəllənməsi, qanlı ishal, burun, dodaq və göz qapaqlarında qanama və keyiməyə səbəb olar. 12-20 qramlıq dozalar ölümə gətirib çıxara bilər. Depressiya və Alzheimer kimi problemlərdə gündəlik istifadə 30 mq-nı keçməməlidir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib