Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
19-06-2019, 14:51 Oxunub: 190

Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI

Məşhur psixoloqdan sağlam və möhkəm münasibət qurmağın 22 QAYDASI

30 illik təcrübəsi olan rusiyalı məşhur psixoloq, yazıçı və aparıcı Mixail Labkovskinin münasibətləri sağlam qiymətləndirmə bacarığına heç kəs laqeyd qala bilmir.

Etiraf etmək lazımdır ki, kəskin görünən cümlələrin axrasında böyük bir həqiqət payı yatır.

"Özünə lazım olmayan insan heç kəsə lazım deyil. Özünü olduğu kim qəbul edən insan gündəlik problemlərə baxmayaraq, həyatı zövqlə və dolğun yaşayır".

"Əgər ən yaxşı seks qalmaqaldan sonra yaranırsa, bu, müvəqqətidir, çox keçməz aranızda ancaq mübahisələr qalar".

"Əgər ilk, ikinci və üçüncü görüşdə kişi ilə rahat ola bilmirsinizsə, dördüncünü təyin etməyin. İlk görüşdə kişi özünü daha yaxşı göstərməyə çalışır və əgər onun yanında özünüzü narahat hiss edirsinizsə, bu münasibətlərdən yaxşı heç nə gözləməyə dəyməz".

"Paradoks ondan ibarətdir ki, kişilər sadəcə olaraq həyasız qadınları xoşlayırlar".

"Biz sevgini əzabların hüdudları ilə qiymətləndiririk. Halbuki sağlam sevgi sənin nə qədər xoşbəxt olmağındır".

"Əgər ərə getmək istəyirsinizsə, sadəcə bu barədə düşünməyə son verin. Bu, kapotun üstündə gəlincik, duvaq və digər zir-zibil arzulamağa bərabərdir. Sağlam insanlarda vəziyyət bir qədər başqa görünür. Birincisi, onların sevməyə ehtiyacı var. Və bu tələbat imkan verir ki, onları sevən kişi ilə tanış ola bilsin".

"Sağlam insanlar həmişə özünü, nevrozlar isə özünə ziyan verən münasibətləri seçir. Bax bu, onlar arasında baçlıca fərqdir".

"Heç bir halda evli kişi ilə münasibət qurmağa dəyməz. Vaxtınızı boşa itirməyin. Evli kişiyə arvad lazım deyil, o, onsuz da evində var".

"Əgər ərə getmək istəyirsinizsə, kimləsə görüşürsünüzsə, hətta bir il yarım birlikdə yaşayırsınızsa və heç nə dəyişmirsə, ondan ailə qurmaq və toy etmək istədiyi barədə soruşmaq lazımdır. Əgər kişi ailə qurmağa hazır deyilsə, deməli, onunla vidalaşmağın vaxtıdıtr. Əlbəttə ki, yaxşı yolla. Məsələn, “Sənə çox isti yanaşıram və eyni ruhda davam edəcəm, amma səndən uzaqda” deyə bilərsiniz".

"Əgər kimsə bir insan üçün bütün dünyanı əvəz edirsə, deməli, o insanın öz dünyası yoxdur".

"İllərlə evdə oturub ev təsərrüfatı və uşaqların tərbiyəsi ilə məşğul olan qadın "xarablaşır". Bu, qaçılmazdır. Nəticə etibarı ilə kişi bu qadınla darıxmağa və onu səhef hesab etməyə başlayır. Bu isə boşanmağa doğru atılan yarım addımdır".

"Yalnızlıq - ətrafında sevginin olmaması yox, özünə marağın olmamasıdır".

"Əgər o, sizi narahat edirsə, ayrılın. Tək qalmaqdan qorxmayın. Dünyada heç bir kişi ona görə özünü sındırmağa, onun qarşısında əyilməyə, onun uğrunda arzu və ehtiyaclarından vaz keçməyə layiq deyil. Heç bir kişi!"

"Hər şey sadədir. Sizə ya birlikdə yaxşıdır, ya da sadəcə ayrılmaq lazımdır. Yeri gəlmişkən, ipoteka almazdan və 3 uşaq doğmazdan əvvəl".

"Psixoloji cəhətdən sağlam olan insan öz hisslərinə istiqamətlənir və həmişə özünü seçir. Nə sevgi, nə də gözəllik qurban tələb etmir. Əgər tələb edirsə, bu, dəqiq sizin hekayəniz deyil. Aradan sürüşün. Elə bir hədəf yoxdur ki, uğrunda uğursuz münasibtələrə dözmək lazım gəlsin".

"Bütün həyatını barmaqların ucunda qura bilmərsən, məyus olmaq əvvəldən əsl özünü göstərməkdən həmişə daha ağrıdır".

"Partniyorunda axtardığı yeganə keyfiyyət səni özünə cəlb etməsidir. Qalan heç bir məsələ heç bir rol oynamır. Əgər onu sevirsənsə, ona görə narahat olur və həyəcanlanırsa, onda heç bir “planka” yoxdur".

"Özünü sevməyən insanlar bir-birini sevə bilməz, odur ki, belə cütlük xoşbəxt ola bilməz".

"Ərə getmək üçün nə etmək lazımdır? Sadəcə bir şeyi etmək lazımdır – özün olmaq. Bu, kifayətdir. Prinsipcə, təkcə buna görə sevirlər".

"Əgər onun sizinlə davranışı xoşunuza gəlmirsə, xoşagəlməz nə isə edin, ona bu barədə bir dəfə deyin. Əgər vəziyyət dəyişmirsə, “Xoşgetdin”.

"Normal insan sayğı duyulmayan münasibəti davam etdirməz. Və belə münasibətə ümumiyyətlə başlamır".

"İnsan həyatının girov hesab edildiyi bir dövr var ki, valideynlərindən obyektiv şəkildə asılı olur. Bu, uşaqlıq və valideynlərdən asılılıqdır. Amma bu dövr qısa çəkir. Qalan bütün hallarda istənilən münasibətlərdə yetkin insanın seçimi dayanır".
XƏBƏR LENTİ
Bu gün, 12:29 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdiBu gün, 11:38 | Limon qaraciyərin işini yaxşılaşdırırBu gün, 11:37 | Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidirBu gün, 11:36 | "Prezidentimiz tərəfindən mətbuata xüsusi diqqət və qayğı göstərilir"Bu gün, 10:32 | 2023-cü ilədək “5G” smartfonların payı 50%-i ötəcəkBu gün, 10:31 | Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıbBu gün, 10:30 | Akademik: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlarBu gün, 10:29 | 22 İyul - Milli Mətbuat Günüdür19-07-2019, 15:45 | İradə Gülməmmədova Çeyranbatan qəsəbə sakinlərilə növbəti dəfə görüşdü19-07-2019, 12:50 | Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...19-07-2019, 11:42 | Sağ qabırğaaltı nahiyəsində ağrılar. TƏHLÜKƏLİ SİMPTOM19-07-2019, 11:41 | Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb19-07-2019, 11:40 | Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib19-07-2019, 10:22 | Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ19-07-2019, 10:21 | Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video19-07-2019, 10:20 | Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb18-07-2019, 15:55 | Abşeron rayonunda sahibkarlarla görüş keçirildi18-07-2019, 14:28 | Tbilisidə azərbaycanlı fotoqrafın sərgisi açılıb18-07-2019, 11:41 | Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları18-07-2019, 11:40 | Pətək havası ilə müalicə bir çox xəstəliklərin çarəsidir18-07-2019, 10:49 | Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ18-07-2019, 10:48 | Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI