Abşeron qəzetinin yeni sayı
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
20-06-2019, 10:09 Oxunub: 196

Körpənin dırnağını necə kəsmək lazımdır?

Körpənin dırnağını necə kəsmək lazımdır?

Xüsusilə də yeni ana olanları çox narahat edən və ən qorxduğu məsələlərdən biri də körpələrin dırnağını kəsməkdir.

Dərinmi kəsdim, azmı kəsdim, onu incitdimmi, içində mikrob yığılmasın bircə, üzünü cırmasın, nə qədər kəsməliyəm... Bu kimi suallar yeni ana olmuş bütün qadınları düşündürür... Bəs körpəni incitmədən, ağrıtmadan dırnağını necə kəsmək olar?

Bunun üçün ilk öncə körpəyə uyğun dırnaq qayçısı seçmək lazımdır.

Körpənizin dırnaqlarını ən rahat onun yatdığından əmin olduğunuz an kəsə bilərsiniz. Əlbəttə ki, oyanmayacağına da əmin olmalısınız.

Çox insanda olduğu kimi, körpələrdə də dırnaqlar adətən hamamdan sonra kəsilir. Suyun altında yumşalan dırnaqları kəsmək həm zəhmətsiz, həm də ağrısızdır.

Əgər dırnaqlarını o oyaq olduğu zaman kəsəcəksinizsə, onda zədələnmələrin qarşısını almaq üçün kiçik barmaqlarını möhkəm tutmağınız lazımdır. Əllərini durmadan açıb-bağlamaq istəyəcəkləri üçün bu hal barmaq uclarının yaralanmasına səbəb ola bilər.

Dırnaqları kəsərkən körpənizin dırnaq formasını çox yaxşı seçməli və bu formaya uyğun da düz və ya qövs şəkilli kəsməni həyata keçirməlisiniz.

Bu, ayaq dırnaqlarını kəsən zaman daha asandır. Düz şəkildə kəsə bilərsiniz.

Dırnaqları kəsib qurtardıqdan sonra qalan çıxıntıları hamarlayın. Bunu uşaq dırnaq itiləyicisi vasitəsilə edə bilərsiniz.

Əgər ehtiyatsızlıqla körpənizin barmağını kəsmisinizsə, panikaya düşmədən tənziflə silin. Bu zaman qan çox tez kəsiləcəkdir.
XƏBƏR LENTİ
19-07-2019, 15:45 | İradə Gülməmmədova Çeyranbatan qəsəbə sakinlərilə növbəti dəfə görüşdü19-07-2019, 12:50 | Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...19-07-2019, 11:42 | Sağ qabırğaaltı nahiyəsində ağrılar. TƏHLÜKƏLİ SİMPTOM19-07-2019, 11:41 | Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb19-07-2019, 11:40 | Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib19-07-2019, 10:22 | Eyni yağda ikinci dəfə qızartmayın! Ölümcül TƏHLÜKƏ19-07-2019, 10:21 | Böyrəklərə zərər verən 7 vərdiş - MÜTLƏQ OXUYUN! / Video19-07-2019, 10:20 | Azərbaycan idmançısı Paralimpiya Oyunlarına lisenziya qazanıb18-07-2019, 15:55 | Abşeron rayonunda sahibkarlarla görüş keçirildi18-07-2019, 14:28 | Tbilisidə azərbaycanlı fotoqrafın sərgisi açılıb18-07-2019, 11:41 | Arıqladır, gözləri, bağırsaqları qoruyur... – Üzüm yarpağının bilmədiyiniz faydaları18-07-2019, 11:40 | Pətək havası ilə müalicə bir çox xəstəliklərin çarəsidir18-07-2019, 10:49 | Qanı təmizləyən və arıqlamağa kömək edən MEYVƏ18-07-2019, 10:48 | Nənələrimizin müalicə vasitəsi - KƏLƏM YARPAĞI18-07-2019, 10:46 | Google Pixel 4 smartfonu London metrosunda görülüb18-07-2019, 10:45 | Azərbaycanda aqro ekoturizm genişləndirilir17-07-2019, 15:20 | Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanıb17-07-2019, 15:19 | Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək17-07-2019, 15:16 | Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu17-07-2019, 15:15 | Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb17-07-2019, 12:09 | Azərbaycanda ilk dəfə - “Onlayn könüllü”17-07-2019, 11:52 | Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib