Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Günvurmadan necə qorunmalı?

Tarix:5-07-2019, 14:23

Günvurmadan necə qorunmalı?

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, onlardan 15 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.

Gün vuran şəxslərdən ikisi uşaq, qalanı böyüklər olub.

Mütəxəssislər bildirir ki, günvurma daha çox günorta saatlarında, 11-17 radələrində baş verir.

Həkim-terapevt Günel Qasımovanın sözlərinə görə, günvurma halları 5 yaşdan kiçik və 65 yaşdan yuxarı insanlar arasında daha çox müşahidə edilir: "Risk qrupuna daha çox körpələr, ürəyin işemik xəstəliyi olanlar, xroniki böyrək çatışmazlığı olanlar, şəkərli diabet xəstələri, hamilələr və düzgün qidalanmayan insanlar daxildir.

Günvurma başın açıq hissəsinin günün davamlı təsirinə məruz qalması nəticəsində yaranır. Orqanizmin olduğu mühitin istiliyinin yüksəlməsinə qarşı ən əhəmiyyətli müdafiə vasitələri - dəridəki damarların genişlənməsi və tərləmə ilə maye itirilməsidir. Tərləmə davam etdiyi müddətdə kifayət qədər duz və su qəbul edib, istiyə dözmək mümkündür. Rütubətin nisbəti artdığı zaman tərləmə ilə olan maye itkisi azalmağa başlayır və beləcə günvurma ehtimalı yaranır".

Günel Qasımova qeyd edib ki, günvurma orqanizmin hələ istiyə uyğunlaşa bilmədiyi isti dalğasının ilk günlərində daha çox görülür və təhlükəlidir.

Həkimin sözlərinə görə, günvurma 3 formada - yüngül, orta və ağır olur.

"Yüngül günvurma zamanı başağrısı, nəbzin tezləşməsi və bəbəklərin genişlənməsi müşahidə olunur. Orta dərəcədə - başın kəskin ağrısı, kəskin ümumi zəiflik, qusma və ürəkbulanma kimi əlamətlərlə özünü göstərir. Ağır günvurma zamanı başağrıları, kəskin ümumi zəiflik, qusma, komatoz vəziyyətlər meydana gəlir", - deyə həkim qeyd edib.

G. Qasımova vurğulayıb ki, günvurma zamanı bədənin hərarəti 41 dərəcəyə qalxır.

Bu kimi halların qarşısını almaq üçün saat 11.00-dən 17.00-dək risk qrupuna aid olunan şəxslərin evdən kənara çıxmaması məsləhət görülür: "Gün şüalarından qorunmaq üçün (əgər açıq havada işləyirsinizsə) həmin saatlarda kölgəyə çəkilin və ya açıq rəngli geyimlər geyinin".

Mütəxəssislərə görə, çox günəş şüası altında qalmaq dəridə qırışma, dəri quruluğu, ləkələnmə, erkən yaşlanma, kapillyar damarların üzə çıxması, dəri xərçənginin meydana gəlməsi riskinin artması, günəş allergiyası və s. bu kimi problemlərin yaranmasına səbəb olur. Buna görə də çalışmaq lazımdır ki, günün müəyyən saatlarında günəş altında olmayasınız.

Günvurma zamanı ilk yardım çox önəmlidir. Əvvəlcə xəstəni isti mühitdən sərin və hava axınının olduğu yerə çıxarın. Üzərindəki paltarları soyundurun və ya yaxasını açın. Soyuq kompreslərlə bədən istiliyinin düşməsinə kömək edin. Əgər şüuru yerindədirsə, bol miqdarda maye verin. Şüuru yerində deyilsə və tənəffüs problemi varsa, xəstəni təcili olaraq xəstəxanaya aparın.

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir