Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Tarix:10-07-2019, 14:58

Süd vəzi xərçəngi. Risk faktorları, diaqnostika, müalicə

Süd vəzi xərçəngi qadınlar arasında rast gəlinən bədxassəli şişlər arasında birinci yeri tutur. ÜST statistikasına görə, hər il dünyada 1 milyondan cox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi qeydə alınır.

Xüsusilə son 20 ildə sud vəzi xərçəngi ilə xəstələnmə halları artıb və ildən-ilə artmaqdadır.

Demək olar ki, hər 8 qadından biri həyatının müəyyən dövründə bu xəstəliklə xəstələnir.

Süd vəzi xərçənginin səbəbi tam məlum deyil, lakin müəyyən risk faktorları var ki, bu bədxassəli şiş əmələgəlmə riskini artırır. Əsas risk faktorları 2 yerə bölünür: dəyışməsi mümkün olmayan və olan risk faktorları.

Dəyişilməsi mümkün olmayan faktorlar- cins, yaş, irsiyyət kimi amillərdir.

Qadın cinsi olmaq birinci əsas risk faktorudur, kişi - qadın nisbətı 1/100 - dir. Digər əsas risk faktoru qadının yaşıdır. Xəstəlik istənilən yaşda qadınlarda inkişaf etsə də, yaş artdıqca xəstəliyin rastgəlmə tezliyi artır, xüsusən 60 yaşdan sonra.

Süd vəzi xərçəngi olan xəstələrin 7-10 %-i genetik olaraq süd vəzi xərçəngi geninin daşıyıcılarıdır. BRCA 1, BRCA 2 genləri irsiyyətdə süd vəzi xərçəngini kodlayırlar. Buna görə də birinci dərəcəli qohumlarında (ana, bacı, xala) süd vəzi xərçəngi olanlar yüksək risk altındadır. Bu genlərin daşıyıcısı olan qadınlarda süd vəzi xərçəngi daha cavan yaşda əmələ gəlir, çox zaman hər iki süd vəzini zədələyir. Bir süd vəzisində xərçəng olan qadınların ikinci süd vəzisində xərçəng olma riski 4-5 dəfə coxdur. Eləcə də endometrium, yumurtalıq xərçəngi olan qadınlarda da bu risk yüksəkdir. Dəyişməsi mümkün olan risk faktorlarına həyat tərzi, qidalanma və s. aiddir.

Qadın cinsiyyət hormonu olan estrogenlər də süd vəziyə kanserogen kimi təsir edir və əsas risk faktorlarından biri kimi tanınır. Buna görə fərd olaraq estrogenlərin təsirinə daha uzun müddət məruz qalan qadınlar – ilk menstruasiyası 12 yaşdan tez başlayan, eləcə də menopauza dönəminə daha gec qədəm qoyanlar, az uşaq doğmuş və ya heç doğmamış qadınlar, ilk hamiləliyi 35 yaşdan sonra baş verənlər, əmizdirməyən və ya qısa müddət əmizdirən qadınlar da bu baxımdan yüksək risk altındadırlar.

Estrogenlərin digər mənbəyi, xüsusən postmenopauza dövründə piy toxumasıdır. Buna görə də yanlış qidalanma və düzgün olmayan həyat tərzi önəmli risk faktorlarıdır. Tərkibində vitamin və minerallarla zəngin qidaların azlığı, əksinə, yüksək kalorili heyvani yağ və zülallarla, rafinə karbohidratlarla qidalanma, gündəlik fiziki aktivliyin olmaması nəticəsində bədən kütləsi artır ki, bu da xəstələnmə riskini artırır. Həmçinin, tərkibi kimyəvi konservantlarla zəngin hazır qidalar, siqaret, alkoqol istifadə edən qadınlar arasında süd vəzi xərçəngi daha cox rast gəlinir.

Bəs süd vəzi xərçəngi necə yaranır? Süd vəzi xərçəngi süd vəzi toxumasını təşkil edən hüceyrələrdən birinin genetik dəyişikliyə uğrayaraq kontrolsuz artıb çoxalması nəticəsində bir şiş kütləsi- tumor əmələ gətirməsilə baş verir. Xərçəng hüceyrələri əvvəl ətraf toxumalara, sonra yaxın limfa düyünlərinə yayılır. Vaxtında diaqnoz qoyulub müalicə olunmadıqda uzaq orqanlara da yayılaraq müalicəsi çətin mərhələyə qədər inkişaf edir.

Süd vəzi xərçənginin əlamətləri onun klinik formasından asılıdır- düyünlü, iltihabi formalar və gilə xərçəngi ayırd edilir.

Süd vəzi xərçənginin düyünlü formasının əsas və ilkin əlamətlərindən biri vəzidə bir bərklik və ya düyün şəkilli bir kütlənin əllənməsidir. Bəzən kütlə əllənmir, xəstəlik özünü gilədən axıntı, gilədə qabıqlanma, soyulma, sağalmayan yara və xoralar, qoltuqaltı limfa düyünlərinin böyüməsi nəticəsində qoltuq altında əllənən bir düyünün meydana çıxması ilə bəlli edir.

Xəstəliyin itihabi süd vəzi xərçəngi adlanan formalarında əsas əlamət vəzi dərisində eritematoz qızartı (bütun süd vəzi və ya onun bir hissəsi qızarmış, göyümtül bənövşəyi, kofe rəngi alır), dəri temperaturunun yüksəlməsi, dərinin ödemli qalınlaşması, portağal qabığı görüntüsü kimi olur. Süd vəzində heç bir düyün olmaya bilər. Belə formalı xərçəngin diaqnozu dəri və dərialti toxumanın biopsiyası ilə qoyulur.

Süd vəzi xərçənginin gecikmiş əlamətləri də var. Bunlar şiş toxumasının inkişaf edərək dəri və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir: süd vəzi dərisində çuxurlaşma və ya büzüşmə, dərinin və ya gilənin içəriyə dartılması, süd vəzinin böyüməsi, portagal qabığı görüntüsü, dəridə yara və xoraların əmələ gəlməsi və s.

Süd vəzi xərçənginin diaqnozunun qoyulması üçün əsasən USM, mammoqrafiya, süd vəzi MRT-si aparılır, İİAB, tru cut biopsiya, eksizion biopsiya və s. ilə bir toxuma parçası alınaraq patohistoloji müayinə olunur. Əgər xərçəng aşkarlanarsa, onun lokal bir şiş və ya yayılmış proses olmasını müəyyən etmək üçün əlavə olaraq kliniki laborator muayinələr, KT, MRT, PET KT və s. kimi instrumental müayinələr aparılır.

Süd vəzi xərçənginin müalicəsi müasir dövrdə uğurla aparılır. Əsas müalicə üsulları - cərrahi əməliyyat, sitostatik, hormon və tarqet preparatların istifadəsi və süa mualicəsidir. Bu müalicə üsulları həm də xəstəliyin mərhələsinə uyğun olaraq kombinə və ya kompleks şəkildə istifadə olunur. Erkən mərhələdə aşkarlanmış xəstəliyin müalcəsi nisbətən asandır, qısa müddətə başa gəlir və uğurla nəticələnir. Belə ki, birinci mərhələdə aşkarlanmış xəstələrin 94% -nin tam sağalma şansı var. Buna görə də, xüsusən yüksək risk qruplu əhali, müəyyən yaşdan sonra müntəzəm tibbi müaynələrə cəlb olunmalıdır.

Qeyd edildiyi kimi, süd vəzi toxumasında dəyişilmiş bir hüceyrənin inkişaf edərək bir kütlə əmələ gətirməsi üçün xeyli zaman keçir. Çoxalan hüceyrələr ətrafa yayılmadan, vəzi içərisində kiçik bir kütlə halında olduğu dönəmdə onu aşkarlayıb müalicə etmək mümkündür və cox önəmlidir.

Buna görə heç bir şikayəti olmayan qadınlar arasında süd vəzi xərçəngini aşkarlmaq üçün skrininq proqram var: bura öz–özünü süd vəzi müayinəsi, həkim (klinik) müayinəsi və mammoqrafiya aiddir.

Amerikan Xərçəng Cəmiyyəti 20-40 yaş arası qadınlara hər ay mens donəminin 7- 10 günü öz –özünü süd vəzi müayinəsi etməyi tövsiyyə edir. Eyni zamanda, 40 yaşa qədər 3 ildə bir dəfə, 40 yaşdan sonra isə ildə 1 dəfə həkim müayinəsindən keçmək məsləhət görülür. Menopauza dövründə olan və uşaqlıq əməliyyatı keçirmiş qadınlara hər ayın ilk həftəsi self-müayinə etməkləri tövsiyyə olunur.

Mammoqrafiya - effektivliyi sübut olunmuş əsas müayinə vasitəsidir. Tədqiqatlar göstərir ki, son 50 ildə müntəzəm mammoqrafiya keçirilən inkişaf etmiş ölkələrdə süd vəzi xərçəngindən ölüm 20%-30% azalmışdır.

Mammoqrafiya ilə süd vəzi xərçəngi klinik əlamətlərdən iki il əvvəl aşkarlana bilər. Beləliklə, 39-49 yaşlı qadınlara iki ildə bir dəfə, 49 yaşdan sonra ildə bir dəfə mammoqrafiya etmək lazımdır. 50-69 yaş arası qadınlarda süd vəzi piy involyusiyasına uğradığına görə mammoqrafiyanın həssaslığı daha yüksəkdir. Həkim müaynəsi 50 yaşdan cavan qadınlara daha əhəmiyyətlidir, mammoqrafiya ilə birlikdə aparılması aşkarlama faizini yüksəldir.

Profilaktik müayinələrin əhəmiyyəti xərçəngi aşkarlamaqla bitmir. Müayinə nəticəsində xərçəng riskini artıran xərçəngönü prosesləri və xəstəlikləri də vaxtında aşkar edib müalicə etmək olar ki, bu da süd vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alar.

Daha yaxşısı bu xəstəlik yaranmadan onun qarşısını ala biləcək tədbirlər görməkdir. Bunun üçün əhali arasında süd vəzi xərçənginin səbəbləri, risk faktorları, sağlam həyat tərzi, düzgün qidalanma, artıq çəkidən uzaq olma, gündəlik idmanın əhəmiyyətini qeyd etməklə maarifləndirmək lazımdır.

Bəzi tövsiyyələr xərçəng riskini azalda bilir. Xüsusilə menopauza dönəminə girmiş qadın mütləq qidalanmasına diqqət göstərməlidir. A və C vitamini ilə zəngin qidalar istifadə etmək, heyvani yağlardan uzaq durmaq və daha cox bitki tərkibli qidaların istifadəsi süd vəzi xərçəngindən qoruya bilər. Bununla bərabər duzlu, hisə verilmiş, konservə edilmiş, fast-food qidalardan, alkoqol və siqaretdən uzaq durulmalıdır. Normal bədən çəkisi vacib şərtlərdən biridir.

Ayrıca həftədə 3-4 saat idman etmək süd vəzi xərçəngi riskini 18% azaltmaqla önəmli yer tutur.

Yaxın qohumlarında bu xəstəlik olan qadınlar isə daha diqqətli olmalıdır.

Mümkün qədər stresdən uzaq olmaq lazımdır.

Profilaktik müaynələrdən yayınmayın, çünki incə bir toxunuş bir ömrü xilas edir.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır