Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
15-08-2019, 12:22 Oxunub: 219

İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir

İspanaq bişiriləndən sonra da müalicəvi keyfiyyətini itirmir

Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə, onun vətəninin həmin ölkələr olduğu güman edilir.

İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Lakin bişiriləndən sonra ən geci 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qalanda ispanaqlı yeməyin tərkibindəki bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə ehtimalını azaldır.

Məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırıb. Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd daşları, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əziyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.

İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.
XƏBƏR LENTİ
Dünən, 15:30 | Abşeronda gənclər təmizlik aksiyası keçirib14-09-2019, 18:17 | Abşeronda “Koreya səfiri kuboku” turniri keçirilib13-09-2019, 17:56 | İradə Gülməmmədova Qobu qəsəbə sakinlərilə görüşdü13-09-2019, 15:49 | Qanazlığı olan uşaqlara bunları yedizdirin - PEDİATR SADALAYIR13-09-2019, 15:47 | Abşeronlu toxucular: Bizə göstərilən diqqət və qayğıya görə, Prezidentimizə nə qədər minnətdarlıq etsək, yenə də azdır13-09-2019, 12:53 | Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu - “NASA Space Apps Challenge” keçiriləcək13-09-2019, 12:53 | Prezident İlham Əliyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib13-09-2019, 12:50 | Prezident İlham Əliyev Bakıda yenidən qurulan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yolların açılışında iştirak edib13-09-2019, 11:59 | Azərbaycan haqqında təqdimat Tokio məktəbliləri tərəfindən böyük maraqla qarşılanıb13-09-2019, 10:46 | Zəhərlənmisinizsə qatıq içməyin! Ziyanı13-09-2019, 10:45 | Qaraciyəri təmizləyən və işini yaxşılaşdıran MƏHSULLAR13-09-2019, 10:44 | Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçiriləcək12-09-2019, 15:22 | Nazir: Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır12-09-2019, 15:19 | Prezident İlham Əliyev AŞPA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib12-09-2019, 12:31 | Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər12-09-2019, 12:26 | DSX-nın yeni idman kompleksi istifadəyə verilib12-09-2019, 12:22 | Heydər Əliyev Fondundan 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə12-09-2019, 12:18 | Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb12-09-2019, 12:15 | Prezident İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub12-09-2019, 09:44 | Təzə pomidor şirəsi içməyin 10 faydası12-09-2019, 09:42 | “Bluetooth 5.1” standartlı ilk çipin imkanları məlum olub12-09-2019, 09:41 | “Android” sistemli “Philips E516” mobil telefonu təqdim edilib