Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
5-11-2019, 14:27 Oxunub: 536

Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO

Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO


Bakıdan-Sumqayıta sərnişin daşıyan bəzi marşrut xətlərindəki avtobuslar yenilənəcək. Bu istiqamətdə gedən sərnişinlərə daha müasir və konfortlu avtobuslar xidmət edəcək.

Bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti daşıyıcı şirkətlər qarşısında konkret tələblər qoyub.

Xidmətin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurumun məqsədi bu marşrut istiqamətində sərnişinlərin tələbini ən yüksək səviyyədə qarşılamaqdır.

Qurum Abşeron rayonundan paytaxt Bakı istiqamətində gələn sərnişin avtobuslarının da monitorinqini aparıb. Artıq həmin istiqamətdə iki yeni marşrut xəttinin açılacağı dəqiqləşib. O cümlədən qurumun tabeliyində olan və Masazırdan "Memar Əcəmi" metrostansiyası və əks istiqamətdə sərnişin daşıyan 525 saylı avtobuslar yenilənəcək.
Hər 3 xətdə yeni avtobuslar yaxın vaxtlarda sərnişinlərin xidmətinə başlayacaq. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən o da bildirilib ki, qoyulan tələblərə əməl etməyən daşıyıcı şirkətlər barəsində tədbirlər görüləcək.

525 saylı xəttin daşıyıcısı isə bildirib ki, 20 avtobusun alınması üçün artıq Koreya şirkəti ilə müqavilə imzalanıb. Müasir avtobuslar yaxın vaxtlarda Bakıya gətirilərək xəttə buraxılacaq.

Avtobusların yenilənməsi xəbəri sərnişinlərin ürəyincə olub.

Absheronxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

XƏBƏR LENTİ
11-11-2019, 19:40 | 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür9-11-2019, 23:31 | Xırdalanın 3 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edilib - FOTOLAR9-11-2019, 15:29 | Xırdalan 10 saylı məktəbin Bayraq Günü fləşmobu9-11-2019, 15:20 | Ceyranbatanın 1 saylı məktəbində şagirdlər arasında breyn-rinq yarışı keçirilib - Video9-11-2019, 14:44 | 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü9-11-2019, 14:12 | İradə Gülməmmədova yarmarkada oldu, tapşırıqlar verdi - FOTOLAR8-11-2019, 16:54 | Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi - FOTOLAR7-11-2019, 16:06 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayacaq7-11-2019, 15:48 | Qaldırılan məsələlər vaxtında yerinə yetirilir7-11-2019, 15:25 | İradə Gülməmmədova Saray qəsəbəsində səyyar qəbul keçirdi - Foto6-11-2019, 16:57 | Körpə fidanlar möhtəşəm Bayraq Günü qeyd etdilər - FOTOLAR6-11-2019, 14:32 | Xırdalanın 27 saylı bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi5-11-2019, 19:52 | Abşeron rayonunda qanvermə aksiyası keçirilib - FOTO5-11-2019, 14:27 | Abşeronda yaşayanlara ŞAD XƏBƏR - VİDEO5-11-2019, 14:08 | Radio və televiziya işçilərinin peşə bayramı qeyd edilib4-11-2019, 08:34 | Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 10:20 | Abşeron gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib2-11-2019, 09:49 | Abşeronda “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq – yaradıcılıq müsabiqəsi keçirilib2-11-2019, 09:23 | Abşeronda bayraq gününə həsr edilmiş yarışlar və əyləncəli oyunlar keçirilib - VİDEO - FOTO2-11-2019, 08:56 | Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək2-11-2019, 08:42 | Xırdalanda Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib1-11-2019, 13:31 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi