Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə “Qış nağılı” adlı bayram şənliyi keçirilib.
Şənliyi giriş sözü ilə açan bağçanın müdiri Mətanət Novruzova balaca fidanları və qonaqları salamlayaraq uşaqlara can sağlığı diləyib, gələcək təhsillərində müvəffəqiyətlər arzulayıb.
Hazırlanan bayram şənliyi böyük coşqu ilə davam etdirilib və Yeni İlə həsr olunmuş mahnılar, şerlər, “Cinqil Ben” rəqsi, nağıl personajlarının məzəli hərəkətləri uşaqların böyük marağına və sevincinə səbəb olub.
Maraqlı ssenari, bir-birini əvəz edən rəngarəng şeir və musiqi nömrələri bağça uşaqlarının Vətən və bayraq sevgisinin, milli ruhunun, istedadlarının təzahürü kimi qarşılanıb.
Tədbirin sonunda “Şaxta baba” və “ Qar qız “ qonaqları salamlayıb, onlara 2020-ci sican ilində can sağlığı arzulayaraq, uşaqlara yeni il hədiyyələrini paylayıb və bayramlarını təbrik ediblər.