Abşeron qəzetinin yeni sayı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
25-02-2020, 20:34 Oxunub: 209

Keyfiyyətli təlim

Keyfiyyətli təlim


Cəmiyyətin təhsilə olan tələbatının yüksəldiyi indiki mərhələdə təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsi, təhsil dəyərləri, formalarının modernləşdirilməsi təhsilin imicinin dəyişilməsinə zərurət yaranıb. Bu bir həqiqətdir ki, təhsil cmiyyət həyatının ən önəmli sahələrindən biri, millətin gələcəyini təmin edən başlıca amildir. Ölkəmizin tərəqqisi cəmiyyətimizin gələcək qurucuları olan gənclərdən asılıdır ki, bu gənclər də məhz təhsil sistemində yetişir və formalaşır. Təsadüfi deyil ki, “Biz maddi kapitalı insan kapitalına çevirməliyik” deyən dövlət başçısı cənab İlham Əliyev təhsilə xüsusi önəm verir, ona böyük qayğı və diqqət göstərir.Ölkə başçısı gənclərin vətənpərvər, milli – mənəvi dəyərlərimizi qiymətləndirən və qorumağı bacaran vətəndaşlar kimi yetişməsini təhsil işçiləri qarşısında əsas vəzifə kimi qoyur.

İnsan təkcə orta və ali məktəbdə aldığı biliklərlə kifayətlənə bilməz. O, doğulduğu gündən ömrünün sonuna qədər evdə, məktəbdə, işdə və gündəlik həyatda daima nəyisə öyrənməyə cəhd göstərir. Yəni nəslin təslim – tərbiyəsi qayğısına hamı qalmalıdır. Sevindirici haldır ki, indiki şəraitdə hər bir valideyn öz övladına mükəmməl təhsil və tərbiyə verməyi özünün ən müqəddəs borcu sayır. XXI əsr təhsil əsri kimi qəbul edildiyindən zaman biz thsl işçilərindən həm fiziki, həm də intellektual səviyyəsi inkişaf etmiş şəxsiyyətin yetişməsini tələb edir. Kollektivimiz çalışır ki, təlim – tərbiyə verdiyi uşaqlar gələcəkdə elmlərin sirlərinə səylə yiyələnməyə, öz üzərlərində daima işləməy, icra etdikləri işə görə məsuliyyət daşımaq qabiliyyətinə malik olsunlar. Məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də uşaqların əqli və fiziki tərbiyəsi ilə məşğul olmaq, onlaı məktəbə və müxtəlif əmək vərdişlərinə alışdırmaqdır. Kollektivimizin üzərinə düşən bu mühüm vəzifəni layiqincə yerinə yetirir.

Məlum olduğu kimi, XXI əsr həm də təfəkkür, komputer əsridir. Yeni dövrdə işləyəcək intellektin formalaşdırılması müasir təhsillə məşğul olanların, xüsusən məktəbəqədər tərbiyə müəssisələrinin qarşısında da mühüm və aktual məsələlər qoyur. Son zamanlar respublikamızın bütün sahələrində, eləcə də təhsil sistemində yeniləşmələr, təkmilləşmələr gedir. Bütün bu prosesin əsasında isə yeni bir pedaqoji təfəkkürün formalaşdırılması, uşaqlarda fəallığın artırılması, öyrənənin bir şəxsiyyət kimi nəzərə alınması və s. məsələlər dayanır. Pedaqogika tariximizdə bu cür problemlər əvvəllər də ortaya atılmış, lakin bir şüar olaraq qalmışdır. Yeni təlim metodlarının əvvəlkilərdən fərqi interaktivliyidir. İnteraktiv metodlar adından görün düyü kimi sürətlə inkişaf yolunu tapmış təlim metodlarıdır ki, bu metodlar uşaq təfəkkürünün yüksək inkişafına, sərbəst düşünməsinə, intellektinin, zehninin kompleks inkişafına xidmət edir. Bu təlim metodlarının tətbiqi zamanı müəllimin yaradıcı əməyi, rəhbərliyi, nəzarəti altında uşaqlar müxtəlif informasiya mənbələrindən istifadə edərək müəyyən nəticələr çıxarır, müvafiq bilik və bacarıqlar əldə edirlər. Bunlar uşaqların təfəkkürünü inkişaf etdirir, onları düşünməyə, axtarışlar aparmağa vadar edir. Belə təlim prosesində isə uşaq şəxsiyyətini formalaşdırır. Zaman müasir təlim metodlarının ənənəvi təlim metodlarından üstün olmasını göstərir. Təlim zamanı uşaqların psixoloji xüsusiyyətləri, duyğusu, qavrayışı, qabiliyyəti, xarakteri, meyil və maraqları inkişaf edir, milli və vətənpərvərlik ruhunda tərbiyənin imkanlarını genişləndirir. Bu təlim metodları uşaqların aktiv fəaliyyətlərini daha da artırır. Uşaqların bir – biri ilə qarşılıqlı əməkdaşlığı genişlənir, didaktik, rollu oyunlardan istifadə olunur. Uşaqların işgüzar fəaliyyəti üçün qrupda sosial bərabərlik və normal psixoloji şərait yaranır. Son nəticdə isə tərbiyəçi bilik əxzinəsi rolunu deyil,biliklərin axtarışı və tədqiqatın aparıcısı rolunu ifa etmiş olur. Təcrübə göstərir ki, bu metod uşaqlarda müstəqil düşünmək, sərbəst fikir söyləmək, özünü qiymətləndirmək, başqalarını dinləmək, müxtəlif fikirlərə hörmət, həyatda dözümlü olmaq kimi vacib keyfiyyətlər formalaşdırır.

Bildiyimiz kimi, təlim – tərbiyə prosesinin effektivliyi subyektiv və obyektiv amillərin məcmu halında təsirindən ibarətdir. Burada subyektiv amillərə müəllim – uşaq münasibətləri, onların arasındakı qarşılıqlı təsir, psixoloji mühit və s. aiddir. Maddi – texniki baza, savad və sanitar-gigyenik şərait isə obyektiv amillərə daxildir. Rəhbərlik etdiyim bağçada keyfiyyətli təlim – tərbiyə üçün hər iki amil təmin olunmuş, lazımi şərait yaradılmışdır. Bütün bunlar isə bağçada təlim – tərbiyənin keyfiyyətinin yüksəlməsinə səbəb olmuş, ciddi uğurlar üçün əsasa çevrilmişdir.

Leyla Bayramova, Abşeron Rayonu, Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasının müdiri

Keyfiyyətli təlim
Keyfiyyətli təlim
Keyfiyyətli təlim
Keyfiyyətli təlim
Keyfiyyətli təlim
Keyfiyyətli təlim

XƏBƏR LENTİ
3-04-2020, 15:37 | Abşeronda 800- ə yaxın imtiyazlı ailəyə ərzaq bağlamaları paylanılıb2-04-2020, 23:30 | Millət vəkili Şahin Seyidzadə Aprel şəhidinin ailəsini ziyarət edib31-03-2020, 15:29 | Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib28-03-2020, 17:41 | Abşeron gəncləri təhlükəli epidemiyaya qarşı mübarizədə fəal iştirak edirlər28-03-2020, 15:17 | Abşeron rayonunda dezinfeksiya və profilaktik tədbirlər davam etdirilir - Fotolar27-03-2020, 12:24 | Abşeronda koronavirus əleyhinə ciddi tədbirlər görülür26-03-2020, 16:35 | Kənd və qəsəbələrdə virus əleyhinə profilaktik tədbirlər davam etdirilir24-03-2020, 12:37 | Xırdalanda “Evdə qal, həyatları xilas et! “ adlı maarifləndirici aksiya23-03-2020, 16:24 | Abşeronda koronavirus pandemiyası ilə bağlı həyata keçirilən profilaktik tədbirlər genişləndirilib19-03-2020, 15:27 | Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıb19-03-2020, 08:57 | Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun açılışında iştirak edib19-03-2020, 08:49 | Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur16-03-2020, 14:08 | Digah qəsəbəsində yeni park salınır14-03-2020, 17:13 | Mehdiabad sakinlərinə şad xəbər - vətəndaşların problemləri həllini tapıb14-03-2020, 16:38 | Abşeronda toplanan 2500-dən çox kitab əsgərlərə göndərilib14-03-2020, 16:25 | "Azərbaycan qadını tarixi səlnamələrdə" kitabı işıq üzü görüb14-03-2020, 10:42 | Xırdalanda daha üç möhtəşəm park tikilir - FOTO13-03-2020, 10:37 | Qobu qəsəbəsində 3 yeni yaşayış massivinə qaz çəkiləcək - Prezident sərəncam imzaladı12-03-2020, 18:15 | Masazır Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir12-03-2020, 18:05 | Saray qəsəbəsinin daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur12-03-2020, 09:02 | Əli Əsədov dollarla bağlı əhaliyə çağırış etdi11-03-2020, 16:11 | Səyyar görüşdə qaldırılan məsələlər öz müsbət həllini tapıb