5 yaşlı həmyerlimizin ifası Türkiyə tele-kanallarının birində səsləndirilib..
Absheronxeber.az xəbər verir ki, Abşeron rayon Qobu qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi, 5 yaşlı Cavidan Məmmədovun ifası Türkiyənin TRT 1 kanalında yayımlanan “İyi fikir” verilişində səslənib.
Cavidanın valideynləri deyir ki, musiqini Məşhur Türk müğənnisi Sərdar Ortac öz instagram səhifəsində paylaşıb. Cavidan musiqini dinləyib ifa edəndən sonra valideynlərinin köməyi ilə ifasını “İyi fikir” verilişinin “WhatsAp” nömrəsinə göndəriblər. İfanı bəyənən verilişin komandası Cavidanın Məmmədovun ifasını verilişlərində də yayımlayıblar.
Qeyd edək ki, musiqinin sözləri dünyada baş verən pandemiya ilə əlaqədar insanları evdə qalmağa səsləyir.
Sözügedən videonu təqdim edirik: