Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yanğınlar zamanı davranış qaydaları

Tarix:9-05-2015, 03:13

Yanğınlar zamanı davranış qaydaları

Yanğınlar fəlakətlər arasında verdiyi zərərin həcminə, insanlar arasında tələfata görə ön sıralarda dayanır. Yanğınlar zamanı yüksək temperatur və tüstü ilə yanaşı, binaların çökməsi, aparat və vasitələrin partlaması, əşyaların düşməsi böyük təhlükə yaradır. Əgər siz çox diqqətli olub odla ehtiyatlı davransanız belə, yanğınlardan 100% sığortalanmaq mümkün deyil. Yanğınlara hər zaman hazır olmaq lazımdır. Bununçün müəyyən təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Bununla siz həyatınızı, sağlamlığınızı və əmlakınızı xilas edə bilərsiniz.
Yanğınların əsas səbəbləri arasında hər şeydən əvvəl odla ehtiyatsız davranış, uşaqların odla oynaması (yaşayış sektorunda baş verən hər altı yanğın hadisəsindən biri bu səbəbdən baş verir), elektrik qurğularının nasazlığı, sobaların və elektrik məişət cihazlarının istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması və s. göstərmək olar. Bəzən yanğın yataqda siqaret çəkilməsi səbəbindən baş verir. Çox cüzi hallarda yanğınlar təsadüfi baş verə bilər. Amma çox zaman yanğın - insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə səhlənkar, intizamsız, başısoyuq münasibətinin nəticəsi kimi meydana çıxır.
Yanğınlar zamanı insanların buraxdığı səhvlərdən biri də yanğının olduğu otağa havanın daxil olmasına kömək etmələridir. Qapı və pəncərələrin açılması hava axınını artırmaqla yanğını sürətləndirir. Alovlanmaqda olan yanğın nişanələrini gördükdə ilk növbədə yanğınsöndürmə xidmətinə (101) zəng edib hadisənin baş verdiyi ünvanı bildirmək lazımdır. Əgər zəng etməyə imkan yoxdursa, balkona çıxıb qışqırmaqla qonşuları xəbərdar etmək lazımdır. Baş verən yanğın haqda nə qədər tez xəbər versəniz, özünüzün və ətrafda olan insanların xilas olmaq şanslarını bir o qədər artırmış olursunuz.
Yanğınsöndürmə briqadaları gələnədək panikaya düşməyərək sakitliyinizi qoruyun. Qonşu mənzildə olan yanğın o qədər də böyük olmaya bilər. Amma keçirdiyiniz qorxu hissi sizi hətta ən ağlasığmaz hərəkətlər etməyə məcbur edə bilər.
Yanğın baş verdikdə mənzili tərk edə bilmirsinizsə, nəm əski, paltarlarla ağzınızı, burnunuzu tutub aşağı uzanın. Yanğın qonşu otaqda olduqda giriş qapısını bağlayıb boşluqları nəm əski ilə tutun. Tüstü heç də alovdan az təhlükəli deyil. Bir neçə dəfə tüstü olan mühitdə tənəffüs etdikdə başgicəllənmələr, gözdə yanğı hissi yaranır, insan huşunu itirib boğulur. Yanğının zəhərli məhsulları və istilik hündürlüyə qalxdığı üçün məhz döşəməyə əyilmiş vəziyyətdə hərəkət etmək lazımdır.
Əgər tüstü dəhlizə yayılıb çıxışı kəsibsə, qapıları kip bağlamaq lazımdır. Tüstünün keçə biləcəyi yarıqları nəm əski ilə tutun. Adi taxta qapı sizin mənzilinizi alovdan 20-25 dəqiqə qoruya bilər.
Əgər bina yanğından, yaxud partlayışdan ziyan çəkibsə, yalnız təhlükənin (tavanda, divarlarda, elektrik, qaz və su təminatı xətlərində əsaslı qəzaların, qaz sızmasının, yanğın ocağının) olmadığına əmin olduqdan sonra ora daxil olun.
Çalışın zərər çəkənləri tapasınız. Əgər kiminsə paltarı yanırsa, ona soyunmağa yardım edin, əgər bu mümkün deyilsə, onun üstünə hansısa bir örtük atın və bərk-bərk bükün. Əgər hava gələn yer yoxdursa, yanğın tez bir zamanda sönəcək. Paltarı yanan insana qaçmağa icazə verməyin.
Partlama təhlükəsi olan maddələrə yaxınlaşmayın və onlara toxunmayın. Əgər partlayış baş veribsə, yanğın və çaxnaşmanın qarşısını almaq üçün tədbirlər görün, yaralılara ilkin tibbi yardım göstərin.
Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzgün ünvanını söyləməlidir.

FHN Sumqayıt Regional Mərkəzi



Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib