Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"İşıqlı gələcəyə inamla aparan yol"

Tarix:18-10-2016, 18:31

"İşıqlı gələcəyə inamla aparan yol"

Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdə dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş "İşıqlı gələcəyə inamla aparan yol" adlı bayram tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Dövlət bayrağının səhnəyə gətirilməsi ilə açıq elan edilib. Daha sonra tədbir iştirakçılarına Azərbaycanın müstəqillik qazandığı dönəmdəki tarixi hadisələrdən bəhs edən video çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən məktəb direktoru Elnurə Cavadzadə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətindən danışıb, müstəqil Azərbaycanın keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Müstəqillik Aktının qəbul edilməsinin tarixinə qısa nəzər salan məktəbin direktoru tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. “Ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan çox keçmədən onu itirsə də, 1990-cı illərdə yenidən istiqlalına qovuşub”, - deyən E.Cavadzadə bildirib ki, gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili hərc-mərclik dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı. Ümummilli Liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi.
Çıxışlarda Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, sosial–iqtisadi inkişaf sahəsində qazanılan nəticələr xüsusi vurğulanıb.
Bayram tədbiri şagirdlərin vətənpərvərlik mövzusunda səsləndirdikləri şeir və mahnılarla davam edib.

"İşıqlı gələcəyə inamla aparan yol"
"İşıqlı gələcəyə inamla aparan yol"

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib