24 noyabr 2017-ci il tarixində Abşeron Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizim İdarəsinin rəisi Mehman Şükürovun Abşeron və Zəngilan rayonlarından olan mədəniyyət işçiləri ilə görüşü baş tutub.
Toplantıda şura üzvləri, regionda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak edib.
Görüşdən sonra tabe müəssisələrin direktorlarının iştirakı ilə geniş müşavirə keçirilib .
Müşavirədə müəssisə rəhbərlərinin 2017-ci ilin yanvar-noyabr aylarında gördüyü işlərin hesabatı dinlənilib, gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edilib.
Şamo Əliyev