Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
21-11-2013, 14:28 Oxunub: 662

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı açılıb

I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı açılıb

Nizami Kino Mərkəzində I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində Azərbaycanın turizm potensialını əks etdirən fotosərgi ilə tanış olublar.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən, ölkəmizdə turizm sahəsində qazanılan uğurlardan, bu il Azərbaycanın Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçildiyindən danışıb. Vurğulayıb ki, belə yüksək inkişaf məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi qayğısı və böyük diqqəti sayəsində reallaşıb.

Azərbaycanın böyük turizm potensialının dünyada təbliğinin əhəmiyyətindən danışan Nazir festivalın keçirilməsini yüksək qiymətləndirib.
Bildirib ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı ekran əsərlərini aşkara çıxarmaq və müəllifləri həvəsləndirməkdir. Festival tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına da diqqəti cəlb etməyi qarşısına məqsəd qoyub.

Diqqətə çatdırılıb ki, ilk addım olduğuna baxmayaraq festivala dünyanın 45 ölkəsindən qonaqlar gəliblər.
Festivalın Azərbaycan və Fransanın birgə istehsalı olan “Qafqaza qayıdış” sənədli filminin təqdimatı ilə açıldığını deyən Nazir bu iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərini xüsusilə vurğulayıb.

Sonra “Qafqaza qayıdış” sənədli filminin yaradıcı heyəti səhnəyə çıxıblar. Məşhur fransız aktyoru Jerar Depardye, illüstrasiyaçı rəssam Matyo Sapanla yanaşı, aktyor Ənvər Həsənov və tanınmış televiziya aparıcısı Fuad Axundovun da çəkildiyi filmin quruluşçu rejissorları Stefan Berqunyu, Jan-Pyer Devilerdir. Filmin ssenari müəllifləri Fuad Axundov, Stefan Berqunyu, Jan-Pyer Deviler, Lesli Qranberq, quruluşçu operatoru Stefan Byon, prodüserləri Arno Friley və Cavid İmamverdiyevdir.
XƏBƏR LENTİ
19-10-2018, 16:31 | İradə Gülməmmədova Aşağı Güzdək qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdib19-10-2018, 15:58 | Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib19-10-2018, 15:51 | Azərbaycan KİV nümayəndələri Gürcüstana səfər edib19-10-2018, 15:47 | Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib18-10-2018, 17:53 | “Qarabağ qaziləri” ambutant futbol federasiyasının “Abşeron” və “Xırdalan” komandaları arasında yoldaşlıq paraolimpiya yarışı keçirilib.18-10-2018, 17:29 | Abşeronda 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib18-10-2018, 16:31 | Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib18-10-2018, 12:56 | Azərbaycan və AİB beşillik strateji tərəfdaşlığı müzakirə edəcək18-10-2018, 12:55 | Prezident İlham Əliyev: "İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır"18-10-2018, 12:53 | Azərbaycanlı deputatlar Rusiya parlamentinə etiraz məktubu göndərdilər18-10-2018, 11:43 | Prezident İlham Əliyev İtaliya Senatı sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib18-10-2018, 11:37 | Android-li ən kiçik smartfon təqdim olundu18-10-2018, 11:36 | Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib18-10-2018, 11:32 | SİM kartsız işləyən ilk smartfon təqdim olundu17-10-2018, 18:24 | Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib17-10-2018, 14:04 | Mehdiabad bağçasında Dövlət Müstəqilliyi Günü qeyd olunub17-10-2018, 13:43 | Xırdalanda Latviya Yerli İcra Orqanları İttifaqının nümayəndələri ilə görüş keçirilib17-10-2018, 12:31 | Azərbaycan QDİƏTPM-nin komitə iclasında17-10-2018, 12:28 | Körpə fidanlar 18 Oktyabr Müstəqillik Günü qeyd etdi17-10-2018, 12:21 | Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edir17-10-2018, 10:48 | Arzu Rəhimov Xırdalanda vətəndaşların səyyar qəbulunu keçirib16-10-2018, 14:29 | Abşeron Təhsil Şöbəsində görüş keçirilib