Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vaşinqtonda Azərbaycan milli rəqsləri nümayiş etdirildi

Tarix:30-04-2018, 12:45

Vaşinqtonda Azərbaycan milli rəqsləri nümayiş etdirildi


Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.


Səfirlikdən verilən məlumata görə, Azərbaycan Demokratik Respublikasının yaranmasının100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər çərçivəsində ABŞ-ın Bruklin (Nyu-York) şəhərində fəaliyyət göstərən “My Way” mərkəzinin Qafqaz Ritm (My Way Center Rhythms of Caucasus NYC) adlı uşaq rəqs qrupu Vaşinqtonun ən populyar turizm mərkəzlərindən olan Tomas Ceferson Memorial,Vaşinqton Abidəsi, Linkoln Memorial və Ağ Evin qarşısında valehedici Azərbaycan milli rəqslərini nümayiş etdirib. Amerikanın banilərinin şərəfinə qoyulan abidələr bu dəfə Azərbaycan Demokratik Respublikasına həsr olunmuş musiqi milli bayramın tərkibi hissəsi olub. Qeyd edək ki, müxtəlif millətlərin nümayəndələrindən ibarət olan olan My Way rəqs qrupu ABŞ və dünyanın digər ölkələrində tədbir və festivallarda aktiv iştirak etməklə Azərbaycan və ümumi Qafqaz mədəniyyətini və musiqisini tanıdır.

Bu ilin aprel ayında Vaşinqton şəhərində qrupun rəhbəri Alyona Bədəlovanın rəhbərliyi ilə ifa olunan rəqslər ziyarətçilər tərəfindən maraqla qarşılanaraq alqışlanıb. A. Bədəlova rəqslərin milli mədəniyyətin tərkib hissəsi olaraq xarici ölkələrdə nümayiş etdirilməsi və Azərbaycan Demokratik Republikasının 100 illik yubileyində Azərbaycanın qədim mədəniyyətinin tanınması xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çoxmillətli rəqs qrupunun Azərbaycanın zəngin və inkluziv mədəniyyətini Azərbaycan Demokratik Republikasının 100 illiyində təqdim etməsi bir daha Azərbaycanın açıq tolerant cəmiyyət olduğunu nümayiş etdirib.

İlk olaraq rəqslərin nümayişi məşhur Tomas Ceffersonun Memorialında başlayıb, sonra Vaşinqton abidəsi və Linkoln Memorialında davam etdirilib. Son olaraq Ağ Evin qarşısında çıxış edən uşaqlardan ibarət rəqs qrupu“Yallı” və “Azərbaycan” rəqslərini ifa ediblər.“Yallı” ifa olunarkən ətrafda toplaşan çoxsaylı izləyicilər, şəhər sakinləri və turistlər rəqsə və bayram əhval ruhiyyəsinə qoşulublar.

Qeyd edək ki, bu təcrübə Vaşinqtonda bir ilkə imza atıb. Vaşinqtonun mərkəzində Azərbaycanın rəqsləri sosial şəbəkələrdə böyük maraq və əks-səda doğurub.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır