Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirilib

Tarix:12-09-2018, 19:11

“AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirilib


AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tədqiqatçı jurnalist Dilqəm Əhməd Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirib. Təqdimat Türkiyə arxivlərində Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb. Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin ənənəvi hal aldığını, müxtəlif yerlərdə keçirildiyini qeyd edib. Tədqiqatçı MEK-ə sərginin nümayiş etdirilməsində təşkilati dəstəyə görə təşəkkürünü bildirib. O, “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” sərgisinin məqsəd və məramı, nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib.

“AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” tədbirində Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi 3 açıqca, 5 ədəd orjinal fotoşəkil, öz imzası ilə “Nizami” kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və foto şəkillər, Azərbaycan Cümhuriyyətinə və mühacirət tarixinə aid nadir materiallar sərgilənib.

Məlumat üçün bildirək ki, AMEA Mərkəzi Elmi Kitabxanası Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixili “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamın icrasından irəli gələrək müxtəlif tədbirlər həyata keçirib. 2018-ci ildə MEK əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Şamaxıdakı türk şəhidliyini ziyarət edib və ağacəkmə aksiyası keçirib, Türkiyədə AXC-yə aid qiymətli arxiv sənədləri araşdırmaçı Əfqan Vəliyev tərəfindən MEK-ə təqdim edilib. MEK könüllülərinin də dəstəyi ilə vikipediyada “Azərbaycan Xalq Cümhuriyyəti ayı” çərçivəsində 500-dən çox məqalə yaradılıb, redaktə edilib. Mərkəzi Elmi Kitabxana eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 işığında Azərbaycan Silahlı Qüvvələri günü” informasiya blokuna MEK-in töhfəsi” adlı tədbir, Bakı şəhərindəki orta məktəblər arasında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsi, “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir, Bakının 15 sentyabr 2018-ci ildə işğaldan azad edilməsi münasibətilə sərgi təşkil edib. Kitabxana fondlarında AXC-yə aid olan sənədlər elektron kataloqa salınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib