Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.
“Şərq-Qərb” nəşriyyatında çap edilmiş kitabın müəllifləri akademik Nizami Cəfərov, Samirə Mərdanova və Aysel Qəriblidir.
Kitabda Azərbaycan nitq mədəniyyətinin zəngin tarixi, keçdiyi inkişaf yolları araşdırılır, görkəmli söz ustalarının bu istiqamətdə gördükləri işlərin məram və məqsədləri təhlil edilib həm nəzəri, həm də praktik baxımdan ümumiləşdirilir.