Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"

Tarix:5-11-2018, 19:56

"Bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək"


“Bu gün Azərbaycanın zəngin tarixi, mədəniyyəti bütün dünyada geniş şəkildə təbliğ edilir. Artıq ölkəmiz siyasi gücü, iqtisadi imkanları ilə yanaşı, qədim ənənələlər üzərində yaranan, formalaşan və inkişaf edən dövlətçilik tarixi, milli mənəvi dəyərləri ilə də tanınır. Bununla yanaşı, Azərbaycan dilinin qorunması və daha da inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev bununla bağlı mühüm fərman və sərəncamlar imzalayıblar, Azərbaycan dilinin saflığının qorunmasına diqqət və qayğı ilə yanaşıblar. Bu mənada dövlətimizin başçısının 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını xüsusi olaraq vurğulamaq lazımdır. Sənədə əsasən, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Həmçinin kütləvi informasiya vasitələri, internet resursları və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün qanunvericilik aktlarında dəyişikliklər barədə təkliflərin hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməsi Fərmanda öz əksini tapıb. Hesab edirəm ki, bu mühüm sənəd Azərbaycan dilinin saflığının qorunmasına böyük töhfə verəcək”. “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə dövlət dilindən istifadə ilə bağlı mövcud vəziyyət və perspektivlərdən danışıb: “Qədim tarixə malik olan dilimiz istər lüğət tərkibi, istərsə də qrammatik imkanları baxımından kifayət qədər zəngindir. Təəssüf ki, hər kəs bu zənginlikdən lazımi qaydada istifadə etmir. Mətbuat işçisi olaraq bəzən televiziya və radio kanalları, internet resursları, qəzetlər və müxtəlif reklamlarda ədəbi dil normalarının kobud şəkildə pozulmasını müşahidə edirəm. Xüsusilə əcnəbi sözlərin yerli-yersiz işlədilməsi adi hala çevrilməklə yanaşı, dilimizin saflığına öz mənfi təsirini göstərir. Şübhəsiz ki, yeni yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs bu sahədə hüquqi tənzimləməni aparmaqla yanaşı, daim Azərbaycan dilinin istifadəsinə nəzarət tədbirlərinin həyata keçirilməsinə, baş verə biləcək neqativ halların aradan qaldırılmasına imkan verəcək”.

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır