AMEA-nın Mərkəzi Elmi Kİtabxanasının Sərgi salonunda 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə sərgi açılıb. Sərgidə kitabxananın fondlarında qorunan “Bayrağımız sarsılmaz”, “Milli birlik”, “Dövlət bayrağına münasibət qaydası”, “Milli-mənəvi dəyərimiz”, “Fəthin yolu”, “Азербайджанская Республика 100”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri” və digər kitablar nümayiş olunur.
Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi noyabrın 16-dək davam edəcək.