Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün İlham Manafovun 55 illik yubileyidir

Tarix:21-11-2018, 20:52

Bu gün İlham Manafovun 55 illik yubileyidir


Sadəlik, səmimilik, yüksək peşəkarlıq, hər tərəfli bilik, zəngin təcrübə və təşkilatçılıq qabiliyyəti...

Bu nəcib keyfiyyətlər heçdə hamıya nəsib olmur. Bu keyfiyyətə malik olan insanları sözün həqiqi mənasında xoşbəxt adlandırmaq olar. Bu keyfiyyətlər bu gün 55 yaşını qeyd etdiyimiz Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədr müavini, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi, baş məsləhətçi İlham Atabala oğlu Manafova aiddir.

55 illik ömür yolu.... Bu yolda çox çətinliklərə sinə gərib, O bu illər ərzində özünə başqalarında inam və rəğbət hissi yaradaraq öhdəsinə düşən məsuliyyətin böyüklüyünü dərk edərək tapşırılan hər bir işi şərəflə, vicdanla yerinə yetirib. Yubiliyar haqqında xoş sözlər söyləmək bir ənənədir. Ancaq bu xoş sözləri heç də ənənə xatirinə söyləmirik. Savadı, istedadı geniş dünya görüşü, insanpərvərliyi ilə özünə dərin hörmət və rəğbət qazandıran bir şəxsiyyətdir İlham müəllim.
O, yaşından, dünya görüşündən, milliyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər kəslə səmimi ünsiyyət qurmaq, insanlara sevgi və hörmətlə yanaşmaq bacarığına malikdir. Ona görədə onunla ünsiyyət quran, dostluq edən insanların sayı çoxdur. Səmimi olduğu qədər həssas və təmkinli insandır. Öz davranışları ilə ətrafdakılara hər zaman inam, qətiyyət, məhəbbət və hörmət hissləri aşılayır.

Dahilərdə birinin dediyi “Güclü insanlar həmişə sadədirlər” fikrini tam mənada İlham müəllimə şamil etmək olar. Məhz buna görədir ki, ona olan sevginin, hörmətin qayəsində tutduğu vəzifəsindən asılı olmayaraq alicənablığı, insanpərvərliyi və sadəliyi dayanır.

İlham Manafov 1963-cü il noyabr ayının 21-də Abşeron rayon Xırdalan şəhərində anadan olmuşdur. 1978-1982-ci ilərdə orta təhsili başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı musiqi Tenikumunda təhsil almışdır və 1982-1989-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək oranı müvəffəqiyyətlə bitirmişdir.

Bir çox vəzifələrdə çalışmışdır. NQÇ-nin Mədəniyyət sarayında bədii rəhbər, Cənub Dövlət Layihə İnstitutunda klub müdiri, “Azərbaycan Estrada Teatrın” da direktor müavini və sərəncamçı direktor və 1993-cü ildə Abşeron rayon Mədəniyyət sarayında bədii rəhbər, 1994-cü ildən 2001-ci ilə kimi Xırdalan şəhər uşaq musiqi məktəbinin direktoru, 2001-ci ildən 2017-ci ilə kimi Abşeron rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci ildən Sumqayıt Regional Mədəniyyət İdarəsində
Abşeron rayonu üzrə nümayəndə və baş məsləhətçi işləyir.

Ailəlidir. 3 övladı var.

Köksündə Azərbaycan sevgisi, mənsub olduğu millətə tükənməz məhəbbətlə dolu ürəklə çırpınan İlham Manafov inanırıq ki, daha neçə-neçə illəri arxada qoyacaq, üzərinə düşən hər bir işi sevgi ilə, şərəflə yerinə yetirəcək, Dövlətə və dövlətçiliyə daima sədaqətlə xidmət edəcək.

Biz də təbriklərə qoşularaq ömrünün bu kamillik zirvəsinə ucalan İlham Manafovu 55 illik yubileyi münasibətilə təbrik edir, ürək dolusu ailə sevinci, möhkəm can sağlığı, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq.

Yazar: Samirə Qafarova

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır