Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Yallı"nın YUNESKO-nun siyahısına salınması müzakirə ediləcək

Tarix:27-11-2018, 17:45

"Yallı"nın YUNESKO-nun siyahısına salınması müzakirə ediləcək


Mavrikinin paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyası öz işinə başlayıb.

Sessiyanın iclasında komitənin qarşısında duran cari məsələlərin, gələcək fəaliyyətin, eyni zamanda YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ, Təcili Qorunmaya Ehtiyacı olan siyahılarına daxil edilməsi nəzərdə tutulan nominasiyaların müzakirəsi və milli hesabatların qəbul edilməsi nəzərdə tutulub.

Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sözügedən tədbirdə iştirak edir.

Sessiyanın açılışında çıxış edən R.Həsənov bu ilin iyun ayında Azərbaycanın sözügedən komitənin üzvü seçildiyini qeyd edərək seçkilər zamanı ölkəmizə dəstək verən üzv ölkələrə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycan 2008-2014-cü illərdə sözügedən komitənin üzvü olub və 2013-cü ildə YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi edib.

Nazir müavini universal mədəni dəyərlərin qorunmasına daim səy göstərən Azərbaycanın 2003-cü il Konvensiyasının effektiv həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və bu sahədə verdiyi töhfələrinə görə üzv ölkələrə, ekspertlərə və YUNESKO Katibliyinə öz təşəkkürünü ifadə edib.

YUNESKO-Azərbaycan əlaqələrindən danışan R.Həsənov bu əlaqələrin inkişaf etdirilməsində və daha intensiv, dinamik səviyyəyə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəyərli xidmətlərini vurğulayıb. Mehriban Əliyevanın yorulmaz səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun müvafiq siyahılarında yer aldığını diqqətə çatdırıb.

Sonda nümayəndə heyətinin rəhbəri Azərbaycanın 2018-2022-ci il komitə üzvlüyü dövründə Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın daha da səmərəli həyata keçirilməsində üzv ölkələrlə konstruktiv əməkdaşlıq və tərəfdaşlıq şəklində öz zəngin təcrübəsini paylaşmaq səylərini əsirgəməyəcəyini qeyd edib.

İclas zamanı Azərbaycanla bağlı bir sıra məsələlərin, o cümlədən Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün komitəyə təqdim olunmuş "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" adlı nominasiya, YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün komitəyə təqdim edilmiş Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə "Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli nominasiya və "Çövkən - ənənəvi Qarabağ atüstü oyunu" ilə bağlı milli hesabatımızın müzakirəsi nəzərdə tutulub.

Sözügedən nominasiya sənədləri və milli hesabat Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib