Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayon Təhsil Şöbəsi, Abşeron rayon Mədəniyyət Mərkəzi, “Absheronxeber.az” informasiya portalının və Azərbaycan Yazıçılar Birliyinin Abşeron rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Abşeron rayonun 55 illik yubileyi və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş istedadlı gənclərin şeir və rəsm müsabiqəsi elan edilir. Müsabiqə istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi məqsədilə həyata keçirilir. Müsabiqənin qalibləri Abşeron rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaq. Şeirlər Azərbaycan Yazıçılar Birliyinin Abşeron Bölməsinə, rəsm əsərləri isə Rayon Mədəniyyət mərkəzinə dekabr ayının 21-nə dək təqdim olunmalıdır. Müsabiqəyə hər kəs qatıla bilər.
Ünvan: Xırdalan şəhəri,Heydər Əliyev prospekti 247.
Əlaqə: 012-342-48-87
Email: [email protected].